Hindistan hərbi dronlar üçün supersəs mühərrikləri sınaqdan keçirəcək

2019/04/10743-1556000353.jpg
Oxunub: 565     19:18     23 Aprel 2019    
Hindistan tezliklə hərbi dronlar üçün 400 kiloqramlıq kiçik turbo mühərrikinin (STFE) uçuş sınaqlarına başlayacaq.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Hindistanın Müdafiə Tədqiqat və Təkmilləşdirmə Təşkilatı məlumat yayıb.

Məlumatda deyilir ki, PUA-lar üçün inşa edilmiş enerji zavodu supersəs mühərriklərin əldə edilməsi istiqamətində səylərini sürətləndirib. Ötən il Dövlət Qaz Turbininin Tədqiqat İdarəsi (GTRE) 95% yerli komponentlərlə hazırlanmış altı prototip mühərrik təqdim etdi.

GTRE-nin prototipləri Hindistanın cənubundakı Benqaluru və şimal qurtaracağındakı Lehdə sınaqdan keçirildi. DRDO-nun bəyanatında bildirilib ki, STFE-nin sınağı 90 dəqiqə davam edib. O, qışın ən soyuq dövründə, -15 dərəcə selsi temperaturda özünü yaxşı mənada göstərə bilib.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Hindistan   Dron   DRDO  

Hindistan hərbi dronlar üçün supersəs mühərrikləri sınaqdan keçirəcək

2019/04/10743-1556000353.jpg
Oxunub: 566     19:18     23 Aprel 2019    