Yəməndə qiyamçılarla koalisiya qüvvələri arasında qarşıdurmalar davam edir

2019/04/s-7dd-1555572665.jpg
Oxunub: 325     13:45     18 Aprel 2019    
Dünən Yəməndə yenidən husi qiyamçıları ilə Səudiyyə Ərəbistanının rəhbərliyi altındakı Ərəb Koalisiyası arasında qanlı döyüşlər baş verib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə yerli mənbələr bildiriblər.

Məlumata görə, Dali vilayətinin Muris bölgəsində qiyamçılar koalisiya qüvvələrini “Zilzal-1” raketlərindən hədəf alıblar. Husilər raketlərin hədəfləri dəqiq vurduğunu iddia etsələr də, əks tərəfi bunu təkzib edir.

Cizən vilayətində isə koalisiya qüvvələrinə dron vasitəsilə hücum edilib. Vilayətin əl-Məşrəq bölgəsindəki düşərgəni hədəf alan dronun zərərsizləşdirildiyi bildirilir.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Husilər   Yəmən  

Yəməndə qiyamçılarla koalisiya qüvvələri arasında qarşıdurmalar davam edir

2019/04/s-7dd-1555572665.jpg
Oxunub: 326     13:45     18 Aprel 2019    