Əfqanıstan MN sülh danışıqları ilə bağlı şərtlərini açıqlayıb

2019/04/Khali-1555571017.jpg
Oxunub: 548     11:56     18 Aprel 2019    
Əfqanıstan Müdafiə naziri Əsədullah Xalid “Taliban”la aparılan sülh danışıqlarını dəstəkləmək üçün öz şərtlərini bəyan edib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, o, bu barədə Əfqanıstan Xüsusi Təyinatlı Qüvvələrin Kabildəki məzuniyyət mərasimində danışıb.

“Biz istənilən yerdə gedən sülh danışıqlarını dəstəkləyirik, lakin sülh adı altında başqa bir müharibə getməməlidir. Bizim qurbanlarımız görməzdən gəlinməməlidir. Son 20 ilə yaxın müddət ərzində əldə edilən nailiyyətlər məhv edilməməlidir”, - deyə Xalid vurğulayıb.

O, Əfqanıstanda bir neçə terrorçu qrupun fəaliyyət göstərdiyini və regional ölkələr tərəfindən dəstəkləndiyini söyləyib. Eyni zamanda Əfqanıstan Milli Ordusunun ləğvi ilə bağlı yayılan şaiyələrin “axmaq danışıqlar” olduğunu ifadə edib.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Əfqanıstan   Taliban  

Əfqanıstan MN sülh danışıqları ilə bağlı şərtlərini açıqlayıb

2019/04/Khali-1555571017.jpg
Oxunub: 549     11:56     18 Aprel 2019    