Türkiyə yeni yerli müdafiə sistemləri istehsal edəcək

2019/04/thumb-1555569773.jpg
Oxunub: 675     12:44     18 Aprel 2019    
Türkiyə yeni yerli müdafiə sistemlərin istehsalı ilə bağlı təzə layihələrə start verəcək.

Ordu.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə qərar Müdafiə Sənayesi İcraçı Komitəsinin qapalı qapılar arxasında baş tutan görüşündən sonra elan edilib.

Ölkə prezidenti Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi altında təşkil olunan görüşdə Xəzinə və Maliyyə naziri Bərat Albayraq, Daxili İşlər naziri Süleyman Soylu, Milli Müdafiə naziri Hulusi Akar, Baş Qərargah rəisi Yaşar Gülər və Müdafiə Sənayesi naziri İsmail Dəmir iştirak edib.

Komitədə yeni layihələrlə yanaşı müdafiə sənayesində əldə edilmiş yeni nailiyyətlər də müzakirə edilib.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Türkiyə   Yerli-sənaye  

Türkiyə yeni yerli müdafiə sistemləri istehsal edəcək

2019/04/thumb-1555569773.jpg
Oxunub: 676     12:44     18 Aprel 2019    