KXDR yeni taktiki idarəolunan silahını sınaqdan keçirib

2019/04/_1064-1555565463.jpg
Oxunub: 710     09:51     18 Aprel 2019    
Şimali Koreya Donald Trampla Kim Çen In arasındakı danışıqların razılaşmasız bitməsindən sonra ilk dəfə olaraq yeni taktiki idarəolunan silahının sınaq atışını həyata keçirib.

Ordu.az BBC-yə istinadən xəbər verir ki, bu barədə yerli media detalları açıqlamasa da, analitiklər bunun yenidən uzaq mənzilli raket sınaqları dövrünə qayıtmaq mənasına gəlmədiyini düşünürlər.

Şimali Koreyanın dövlət Mərkəzi Xəbər Agentliyi (KCNA) ölkə rəhbəri Kim Çen Inın sınağı şəxsən izlədiyini və bunu ordunun döyüş gücünün artırılmasında önəmli mərhələ adlandırdığını bildirib. Rəsmi xəbərdən hətta raketin növü də məlum olmasa da, əksər təhlilçilər onun qısa mənzilli silah olduğunu güman edirlər.

Xatırladaq ki, bir müddət öncə yayılan məlumatlarda Şimali Koreyanın nüvə fəaliyyətlərinə də davam etdiyi və onun əsas nüvə bazasında ötən həftə yenidən hərəkətlənmə müşahidə edildiyi iddia edilib.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: KXDR   Taktiki-silah   Sınaq  

KXDR yeni taktiki idarəolunan silahını sınaqdan keçirib

2019/04/_1064-1555565463.jpg
Oxunub: 711     09:51     18 Aprel 2019    