İran Milli Ordu Günü ilə bağlı hərbi parad keçirilir - VİDEO

2019/04/42114-1555564631.jpg
Oxunub: 867     09:15     18 Aprel 2019    
Səhər saatlarından etibarən İranın bir neçə şəhərində Milli Ordu Günü ilə bağlı geniş miqyaslı hərbi paradlar həyata keçirilir.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu paradlarda İran Quru Qoşunları, Hərbi Dəniz Qüvvələri, Hava Qüvvələri və Hətəm əl-Anbiya Havadan Müdafiə Bazası özlərinin ən yeni ləvazimatlarını nümayiş etdirir.

İran prezidenti Həsən Ruhani QQ və İnqilab Keşikçiləri Korpusunun (İİKK) yüksək rütbəli komandirləri ilə birlikdə Tehrandakı parada qatılıb.

Burada paradı izləyənlər qarşısında çıxış edən Ruhani müdafiə sektorunda əldə edilmiş nailiyyətlərdən danışıb, eyni zamanda İran ordusuna qarşı qarayaxmalara münasibət bildirərək, onun regional təhdid olmadığını söyləyib.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: İran   Hərbi-parad  

İran Milli Ordu Günü ilə bağlı hərbi parad keçirilir - VİDEO

2019/04/42114-1555564631.jpg
Oxunub: 868     09:15     18 Aprel 2019    