WSJ: ABŞ və Türkiyə S-400-lərlə bağlı fikir ayrılıqlarını aradan qaldırmayıb

2019/04/13970-1555503821.jpg
Oxunub: 367     16:22     17 Aprel 2019    
ABŞ və Türkiyə danışıqlar zamanı Ankaranın Rusiyadan S-400 sistemlərini satın almağı planlaşdırması mövzusunda dalandan çıxa bilməyib.

Ordu.az xəbər verir ki, bu barədə "The Wall Street Journal" yazıb.

Nəşrin yazdığına görə, Türkiyə prezidentinin rəsmi nümayəndəsi İbrahim Kalın ifadə edib ki, S-400 alışı ilə əlaqədar ABŞ tərəfi Ankaraya qarşı sanksiyalar tətbiq etməyəcək.

O qeyd edib ki, S-400-ün satın alınmasına görə ABŞ-ın mümkün məhdudlaşdırıcı tədbirləri əksinə təsir yaradacaq.

Qeyd edək ki, Pentaqon Türkiyənin S-400-dən "şərtsiz" imtina edilməsini tələb edir.

Mart ayının sonunda bir qrup ABŞ senatoru F-35 döyüş təyyarələrinin Türkiyəyə verilməsini qadağan edən qanun layihəsi hazırlayaraq Senata təqdim edib. Lakin Ankara hələlik S-400 planından imtina etməyib.

Eyni zamanda, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan S-400 müqaviləsinin artıq tamamlandığını deyib.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: ABŞ   Türkiyə   S-400  

WSJ: ABŞ və Türkiyə S-400-lərlə bağlı fikir ayrılıqlarını aradan qaldırmayıb

2019/04/13970-1555503821.jpg
Oxunub: 370     16:22     17 Aprel 2019    