Manvel Qriqoryanın ittiham işi üzrə rəy təsdiqləndi - Oğlu da həbs ediləcək

2019/04/manve-1555497785.jpg
Oxunub: 640     14:50     17 Aprel 2019    
“Yerkrapah” təşkilatının keçmiş sədri, Ermənistan parlamentinin sabiq deputatı Manvel Qriqoryanın ittiham işi üzrə rəy təsdiqlənib.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Ermənistan Prokurorluğunun ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Arevik Xaçatryan bildirib.

Onun sözlərinə görə, iş İrəvan məhkəməsinə göndərilib. Manvel Qriqoryan və Nazik Amiryanın işi üzrə ilkin istintaq başa çatıb. Qriqoryanın oğlu Arman Qriqoryana qarşı isə axtarış elan edilib.

Nəticədə Manvel Qriqoryana qarşı ittiham Cinayət Məcəlləsinin 8 maddəsi üzrə artırılıb. Bununla da M. Qriqoryan qanunsuz yolla əldə edilmiş 101.232.917 dram dəyərində silah-sursat saxlamaqda, 1.228.176.342 dram həcmində əmlak mənimsəməkdə, dövlət büdcəsindən 1.225.003.300 dəyərində vergidən yayınma, 37.101.100 dəyərində əmlak ələ keçirilməsini təşkil etməkdə ittiham olunur.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Yerkrapah   Manvel-Qriqoryan  

Manvel Qriqoryanın ittiham işi üzrə rəy təsdiqləndi - Oğlu da həbs ediləcək

2019/04/manve-1555497785.jpg
Oxunub: 641     14:50     17 Aprel 2019    