Amerikalı senator: “İsrailə hərbi yardımın kəsilməsi masadadır”

2019/04/27533-1555486157.jpg
Oxunub: 289     13:40     17 Aprel 2019    
“Düşünürəm ki, İsrailə hərbi yardımın kəsilməsi şübhəsiz masadadır. Mən bu söhbətlərdə təşkilatçı və dəstəkçi rolunda çıxış etməyi istəyirəm”.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu fikirləri amerikalı senator Aleksandria Okasio-Kortez səsləndirib.

O, müsahibəsində İsrail Baş nazirinin seçki kampaniyası zamanı İsrailin strateji Qərb Sahilindəki Yəhudi məntəqələr üzərində də suverenliyini təmin edəcəyi ilə bağlı çıxışlarına münasibət bildirib və bu mənada İsrailə edilən hərbi yardımın kəsilə biləcəyini söyləyib.

Qeyd edək ki, Kortez ABŞ siyasi çevrələrində İsrailə hərbi yardımla bağlı neqativ fikir səsləndirən yeganə şəxs deyil. 2020-ci il prezident seçkiləri üçün mübarizə aparmağı planlaşdıran Berni Sanders də ABŞ-ın bu yardımı barədə yenidən düşünməli olduğunu söyləyib.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: ABŞ   İsrail   Hərbi-yardım  

Amerikalı senator: “İsrailə hərbi yardımın kəsilməsi masadadır”

2019/04/27533-1555486157.jpg
Oxunub: 292     13:40     17 Aprel 2019    