Tramp S.Ərəbistanına dəstəyin kəsilməsi ilə bağlı qərara veto qoyub

2019/04/5311-1555484080.jpg
Oxunub: 247     10:53     17 Aprel 2019    
ABŞ prezidenti Donald Tramp ABŞ ordusunun Yəməndə gedən müharibədə Səudiyyə Ərəbistanına göstərdiyi dəstəyin kəsilməsi ilə bağlı Konqres tərəfindən qəbul edilən qərarı təsdiqləməyib.

Ordu.az “The Guardian”a istinadən xəbər verir ki, o, addımını qətnamənin lazımsız olması və özünün konstitutsional səlahiyyətlərinin zəiflədilməsinə cəhd hesab etməsi ilə əsaslandırıb.

O, həmin qətnamənin həm bu gün, həm də gələcəkdə amerika vətəndaşlarının və hərbi qüvvələrin həyatlarını təhlükə altına ata biləcəyini vurğulayıb.

Xatırladaq ki, martın 13-də ABŞ Senatı 54-46, bu ayın əvvəllərində isə Nümayəndələr Palatası 247-175 səs çoxluğu ilə sözü gedən qətnaməni qəbul edib.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: ABŞ   Yəmən  

Tramp S.Ərəbistanına dəstəyin kəsilməsi ilə bağlı qərara veto qoyub

2019/04/5311-1555484080.jpg
Oxunub: 250     10:53     17 Aprel 2019    