Türkiyə və ABŞ Müdafiə nazirləri Vaşinqtonda görüşüblər

2019/04/thumb-1555479433.jpg
Oxunub: 512     09:45     17 Aprel 2019    
ABŞ-da Müdafiə nazirinin səlahiyyətlərini icra edən Patrik Şanahan Türkiyə Müdafiə naziri Hulusi Akarı qəbul edib.

Ordu.az xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, tərəflər ən yeni siyasi və hərbi prosesləri, yenilikləri, xüsusilə ikitərəfli əlaqələri, Suriyadakı vəziyyəti və digər bir sıra vacib regional təhlükəsizlik məsələlərini müzakirə ediblər. Müzakirə edilən məsələlər arasında iki ölkə arasında müdafiə sənayesi sahəsindəki əməkdaşlıq da var.

Bildirilir ki, liderlər strateji partnyor kimi görüşüblər. Akar iki ölkə arasındakı əlaqələrin strateji partnyorluq əsasında saxlanmasının, əməkdaşlığın bu əsasda aparılmasının çox əhəmiyyətli olduğunu vurğulayıb.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Türkiyə   ABŞ   S-400   F-35  

Türkiyə və ABŞ Müdafiə nazirləri Vaşinqtonda görüşüblər

2019/04/thumb-1555479433.jpg
Oxunub: 513     09:45     17 Aprel 2019    