Donbasda təxribatın qarşısı alınıb - 2 ölü, 2 yaralı

2019/04/14348-1555411340.jpg
Oxunub: 304     15:15     16 Aprel 2019    
Ukrayna hərbi qüvvələri dünən Donbasda separatçıların təxribat və kəşfiyyat qrupunun hücum cəhdinin qarşısını ala bilib.

Ordu.az xəbər verir ki, bu barədə Ukrayna Birləşdirilmiş Qüvvələr Əməliyyatının mətbuat xidməti məlumat yayıb.

Məlumatda deyilir ki, dünən axşam saatlarında separatçılar Mariupol sektorunda Ukrayna ordusunun mövqelərini atəşə tutub. Həmin atışma zamanı onların təxribat qrupu irəliləməyə başlayıb və müşahidə postlarını dağıdaraq, Ukrayna qoşunlarının müdafiə xəttini yarmağa çalışıb.

Lakin Ukrayna əsgərləri təxminən 12 nəfərdən ibarət qrupun fəaliyyətini tez bir zamanda müəyyən edərək əks-tədbir görməyə başlayıb. Nəticədə iki separatçı məhv edilib, ikisi isə yaralanıb.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ukrayna   Donbas  

Donbasda təxribatın qarşısı alınıb - 2 ölü, 2 yaralı

2019/04/14348-1555411340.jpg
Oxunub: 307     15:15     16 Aprel 2019    