“F-35-lərlə bağlı çalışmalar davam edir” – Hulusi Akar

2019/04/thumb-1555411181.jpg
Oxunub: 322     14:53     16 Aprel 2019    
“Mövcud vəziyyət çərçivəsindəki çalışmalarımız davam edir, ehtimallara qarşı hər cür hazırlığımız olduğunu deyə bilərəm”.

Ordu.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu fikirləri F-35-lə bağlı vəziyyətə dair açıqlama verən Türkiyə Müdafiə naziri Hulusi Akar səsləndirib.

Türkiyə və ABŞ arasındakı əlaqələrin uzun illərə dayandığını və böyük əhəmiyyətə malik olduğunu söyləyən Akar həm hərbi, həm də digər sahələrdə əməkdaşlığın davam etdiyini vurğulayıb. Aradakı bəzi problemlərlə bağlı danışaraq, onların öhdəsindən gələcəklərini və bunun üçün fasiləsiz çalışdıqlarını bildirib.

O, ABŞ-ın Türkiyəyə qarşı F-35-lə bağlı sanksiya ifadələrinə də münasibət bildirib və söyləyib ki, bununla bağlı təmaslar davam edir və istənilən ehtimala qarşı müəyyən hazırlıqlar görülüb.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Türkiyə   F-35  

“F-35-lərlə bağlı çalışmalar davam edir” – Hulusi Akar

2019/04/thumb-1555411181.jpg
Oxunub: 325     14:53     16 Aprel 2019    