Paşinyanın məğlubiyyəti kənddən başlayacaq

2019/04/13301-1555404088.jpg
Oxunub: 2053     12:37     16 Aprel 2019    
İnqilabdan sonra Ermənistanın qarşısında duran ən vacib problem idarəetmə sisteminin dağılmasının qarşısının alınması və köhnə sistem əsasında yeni bir quruluşun yaradılması idi.

İdarəetmə sisteminin dağılmasının qarşısı qismən alınsa da, ikinci problem hələlik həll edilməyib və asılı vəziyyətdə qalıb. Xüsusilə Nikol Paşinyanın hökuməti hələ də səmərəli və saat dəqiqliyi ilə işləyən idarəetmə sistemi yaratmağa nail olmayıb.

Mövcud idarəetmə sistemi köhnə sistemin qaşınmış və yeyilmiş alternativ variantıdır. Yəni demək olar ki, Ermənistan Paşinyanın səlahiyyətləri ilə bəzən avtomatik olaraq və bəzən itələmə qüvvəsi ilə fəaliyyət göstərən olduqca çətin olan hibrid sistemi ilə qarşılaşıb.

“Sabotaj”ın təzahürləri daha tez-tez baş verir, yəni ayrı-ayrı idarələr və onların içində olan şöbələr qarışıqlıq içindədirlər və bir çox hallarda qarşılarında duran problemləri layiqincə həyata keçirmirlər. Mükafat ödənişləri qarışıqlığı müvəqqəti olaraq idarə etmək vasitəsi sayılır. Məsələn, Ermənistan Dövlət Gəlirləri Komitəsinin əməkdaşlarının ən tez-tez mükafatlandırılması təsadüfi deyil, çünki nəzarətdən çıxma meyli bu sistemdə daha çoxdur.

Bütün bunlara əlavə olaraq, Ermənistan inqilabın nəticələrini aradan qaldırmağa nail ola bilməyib. İnqilabi nəfəs öz ağır mövcudluğu vəziyyətini görünməz qalmaqla saxlamaqda davam edir. Başqa sözlə, deyilən inqilab gəldi və “cəhənnəmin qapılarını” qırdı, nəticədə həbs edilmiş “ruhlar” kimi qəfəslərdən uçan ictimaiyyətin bütün qəddarlığı azad edildi. Bunun parlaq sübutu erməni kənd və şəhərlərində kiçik inqilabi təzahürlərdir. Belə kəndlər indi sözün yaxşı mənasında iqtidar qüvvələri üçün ən böyük təhlükə hesab edilir.

İcmaların qarşısında duran çətin problemlər həll olunmamış qalmaqda davam edərsə, o zaman Paşinyan hökumətinin məğlubiyyəti kəndlərdən başlayacaq. Məsələ ondadır ki, hökumət hələ də kənd icmalarının az da olsa inkişafı üçün bir plan təqdim etməyib. Əməli iş hələ də sözdən və “sağlıq”lardan kənara çıxmayıb.
Paşinyan iqtidarı satınalma prosesinin necə təşkil olunacağına dair məsələyə hələ də cavab verməyib. Görünür, bu il təbiət Paşinyana xidmət etmir, sahələrdən böyük məhsul gözlənilir. Bu, mürəkkəb prosesə hazırlıqlı olmağın əvəzinə hökumət tədricən bu mühüm alt sistemi diqqətsiz addımları ilə məhv edir.

Yeri gəlmişkən, Ermənistan Dövlət Nəzarət Xidmətinin rəisi Davit Sanasaryana danışıqlar aparan missiyasının verilməsi Paşinyanın hələ inqilabın məntiqindən çıxmadığına dair sübutdur. Belə bir müdaxilənin fövqəladə vəziyyətin olması ilə əsaslandırıla biləcəyi üçün başqa bir izahatı yoxdur. Digər hallarda, Dövlət Nəzarət Xidmətinin rəisi sadəcə yerli idarəetmə orqanlarında yaranan məsələlərdə vasitəçi kimi çıxış edə bilməz. Bu addım Sanasaryanın səlahiyyət çərçivəsindən kənardır.

Yerli idarəetmə, əsas vəzifəsi olan bir konstitusiya təşkilatıdır və onun özünü idarəetməsi Konstitusiya və Avropa yerli özünüidarəetmə xartiyası tərəfindən təmin edilir.

Əslində, öz inqilabçı fəlsəfəsi ilə Paşinyan yerli özünüidarəetmə kimi mühüm bir institutu yerə vurur və bu, qarışıqlığı daha da ağırlaşdırmağa səbəb olur. Kənd ictimaiyyəti-vilayət icra nümayəndəliyi-hökumət orqanik əlaqəsi məhv edilib. Təşkilat kimi vilayət icra nümayəndəlikləri isə boş yer kimi görünür.

Bu problemlər hələlik görünən deyil, Paşinyanın sağ populizmi hələ də dumanlı təpələri gizlətməyə qadirdir. Gündəlik söhbətlər dövlətin fundamentinə qoyulan minanı görünməz hala gətirir. Əgər Paşinyan gec ya tez bu qarışıqlığı nizamlamaq üçün addımlar atmasa, minaların partlaması qaçılmaz olacaq. Dövlət idarəetmə sistemi və qurumları nəzarətsiz xaos və təhrif edilmiş, çürümüş əsaslar altında əbədi fəaliyyət göstərə bilməz.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Paşinyan   Ermənistan   Uçurum  

Paşinyanın məğlubiyyəti kənddən başlayacaq

2019/04/13301-1555404088.jpg
Oxunub: 2054     12:37     16 Aprel 2019    