Belarus yeni Buk-MB3K sistemini təqdim etməyə hazırlaşır

2019/04/00002-1555403132.jpg
Oxunub: 845     19:22     16 Aprel 2019    
Belarus MILEX 2019 beynəlxalq müdafiə texnologiyası sərgisində yeni Buk-MB3K havadan müdafiə raket sistemini təqdim edəcək.

Ordu.az “Belta”ya istinadən xəbər verir ki, bu barədə Belarus Dövlət Hərbi Sənaye Komitəsindən bildirilib.

Məlumata görə, 15-18 may tarixlərində sayca 9-cusu baş tutacaq MILEX sərgisi Minsk Arenada təşkil olunacaq və adıçəkilən sistem də burada nümayiş etdiriləcək. Sistemin kəşfiyyat, atəş gücü və manevr etmə parametrləri müasir orta mənzilli havadan müdafiə raket sistemləri ilə rəqabətə girəcək səviyyədədir.

Bildirilir ki, yeni sistemin əsas üstünlükləri yüksək etibarlılığı və təkmilləşdirilmiş əməliyyat qabiliyyətidir. O, hər növ, hərəkətdə olan aerodinamik hədəfləri aşkarlaya və zərərsizləşdirə bilər.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: MILEX2019   Belarus   MİLEX-2019  

Belarus yeni Buk-MB3K sistemini təqdim etməyə hazırlaşır

2019/04/00002-1555403132.jpg
Oxunub: 846     19:22     16 Aprel 2019    