Almaniya S.Ərəbistanı və BƏƏ-yə hərbi texnika təchiz edəcək

2019/04/pic_1-1555403030.jpg
Oxunub: 519     21:17     16 Aprel 2019    
Almaniya Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliyinə müəyyən hərbi ləvazimat və texnologiyanın ixracatına icazə verməyə davam edəcək.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə qərar Almaniyanın Milli Təhlükəsizlik Şurası tərəfindən qəbul edilib.

Bildirilib ki, Almaniya “Kamag” hərbi vasitəsi Səudiyyə Ərəbistanına fransız ixracatçı vasitəsilə satmağa davam edəcək. Bununla yanaşı BƏƏ-yə də “Cobra” radar sistemi üçün komponentlər və proqram təminatı təmin edəcək. Qərardan faydalanacaq olanlar arasında Qətər də var. Qətərə 3 “Dingo” zirehli vasitəsi və 168 ədəd döyüş başlığı çatdırılacaq.

Qeyd edək ki, bir neçə ay öncə Almaniya hökuməti tərəfindən Səudiyyə Ərəbistanına qarşı tətbiqinə qəbul edilən silah sanksiyası onun müttəfiqləri tərəfindən ciddi reaksiyaya səbəb olmuş və bunun, onların ixracatına mənfi təsir göstərəcəyi bildirilmişdi.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Almaniya   Səudiyyə-Ərəbistanı   BƏƏ  

Almaniya S.Ərəbistanı və BƏƏ-yə hərbi texnika təchiz edəcək

2019/04/pic_1-1555403030.jpg
Oxunub: 520     21:17     16 Aprel 2019    