Ordudan oğurlanan silaha görə erməni tələbə cinayət ortağını və arvadını öldürüb – DETALLAR

2019/04/Untit-1555401882.jpg
Oxunub: 695     20:03     16 Aprel 2019    
Ermənistanda 27 yaşlı D. Vardan İncəsənət Universitetinin 4-cü kursunda oxuyarkən, 1992-ci ildə hərbi hissələrin birindən oğurlanmış 60 ədəd AKS və AKMS tipli avtomatların mənimsənilməsinə yardım edib.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, oğurlanmış silahları kiçik hissələrlə Vardanın dostu Karen İrəvana gətirib.

Bildirilir ki, silahın gizli satışı ilə Vardan və dostu Artyom məşğul olur, silah satışından əldə edilən gəlirlərdən öz paylarını ayırır, qalanlarını isə Karen oğurlanmış silahların sahiblərinə aparıb veirirdi. Bu zəncirvari dəstə isə maneəsiz işləmirdi. Əsasən satan dəstə pulları silah sahiblərinə vaxtında çatdırmır, gərginlik getdikcə artırdı.

1993-cü ilin sentyabr ayında ələ keçirilən silahların sahibləri Karen vasitəsilə Vardan və Artyoma xəbərdarlıq edərək, tələb etdilər ki, növbəti silah partiyasının satılmasından əldə edilən gəlirlər dərhal silah sahiblərinə, yəni onlara göndərilsin.

Karen Vardanyana təzyiq göstərməyə başlayarkən, Vardan bildirib ki, pulları Artyom gecikdirir. Artyom borca düşdüyünü və oktyabr ayınadək 300 min rus rublunu qaytaracağına vəd versə də, vədinə əməl edə bilmirdi.

Qərara alınmışdı ki, onlara pul atan Artyom cəzalandırılmalı və pul qismində olsa da geri qaytarılmalıdır. 1993-cu ilin 12-13 oktyabr gecəsi Vardan və Karen “Niva” markalı avtomobillə Artyomun evinə gəliblər. Bu zaman evdə Artyom, onun arvadı və 2 yaşlı uşağı olub.

300 min rus rublunu tələb etsələr də, Artyom belə bir məbləğin olmadığını bildirib. Artyom artıq öldürüləcəyini dərk etsə də, arvadını xilas etmək barədə yalvarışlarını nəzərə alınmayıb. Həmin gecə Artyom və arvadı öldürüldü, uşaq isə bütün gecəni meyitlərlə birgə keçirdi.

Həmin tarixdə harda olmaları ilə bağlı Vardan və Karen saxta tarixçə də uydurmağı untmurlar. Artyomun evindəki son vəziyyəti öyrənmək adı ilə həmin həyətə yenidən gələn “Niva” markalı avtomobili qonşular tanıyaraq, bu barədə polisə məlumat verirlər.

Vardan həbs edilir, o, hadisə gecəsi uydurduğu əfsanəyə uyğun guya kurs yoldaşının evində olduğunu deyir. Kurs yoldaşı həqiqəti etiraf edir və Vardanın onun evində olduğunu inkar edir. Vardan 15 il azadlıqdan məhrum edilsə də, cinayət ortağı Karen gizlənməyə macal tapır.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan   Silah-oğurluğu  

Ordudan oğurlanan silaha görə erməni tələbə cinayət ortağını və arvadını öldürüb – DETALLAR

2019/04/Untit-1555401882.jpg
Oxunub: 696     20:03     16 Aprel 2019    