Erməni generalın vəkilləri onun yenidən girov müqabilində azad edilməsini istəyirlər

2019/04/1222m-1555400615.jpg
Oxunub: 724     11:42     16 Aprel 2019    
Aprelin 15-də “Yerkrapah” təşkilatının keçmiş sədri Manvel Qriqoryanın vəkilləri 10 milyon dram girov müqabilində Qriqoryanın azad edilməsi üçün İrəvan məhkəməsinə ərizə veriblər.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu cinayət işi üzrə sədrlik edən hakim Marine Melkonyandır.

Son on ay ərzində məhkəmədə Qriqoryanın həbsdə saxlanması üzrə vəsadətlərə baxılması və müdafiə tərəfi üçün mənfi qərarların verilməsinə məhz bu hakim sədrlik edib. Bugünkü məhkəmə prosesində sədrlik edən hakim, iş üzrə müstəntiqə istintaqa etirazlarını təqdim etmək üçün vaxt verib. Buna əsasən, məhkəmə prosesi təxirə salınaraq, 19 aprel tarixinə təyin olunub.

Qriqoryanın vəkili Arsen Mkrtçyan jurnalistlərə bildirib ki, Marine Melkonyan Manvel Qriqoryanın işində qərəzli yanaşma nümayiş etdirir. Daha öncə məlumat verildiyi kimi, Manvel Qriqoryan “Yerevan-Kentron” cəzaçəkmə müəssisəsindən “Nairi” tibb mərkəzinə köçürülüb.

Manvel Qriqoryan qanunsuz silah, döyüş sursatı, vergidən yayınma, dövlət vəsaitlərinin mənimsənilməsi və əmlakın oğurlanmasında ittiham edilir.
Manvel Qriqoryan və Nazik Amiryanın işi üzrə ilkin istintaq başa çatıb. Qriqoryanın oğlu Arman Qriqoryana qarşı isə axtarış elan edilib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Qriqoryan   Həbs  

Erməni generalın vəkilləri onun yenidən girov müqabilində azad edilməsini istəyirlər

2019/04/1222m-1555400615.jpg
Oxunub: 725     11:42     16 Aprel 2019    