DANA və “Vampir”lər Ermənistanı niyə qorxudur?| Çex nazirin İrəvan səfəri

2019/04/15070-1555399638.jpg
Oxunub: 4117     11:21     16 Aprel 2019    
2019-cu ilin aprelin 9-da Çexiya Müdafiə naziri Lubomir Metnarın başçılıq etdiyi nümayəndə heyəti Ermənistana rəsmi səfər edib. Çexiyanın Müdafiə naziri Ermənistana gələn kimi əvvəlcə ölkənin Müdafiə naziri ilə görüşərək Ermənistanın Cənubi Qafqazda Çexiyanın mühüm tərəfdaşı olduğu bəyan etdi. Onun sözlərinə görə, birgə gündəliyin əsas məqamlarından biri ikitərəfli hərbi əməkdaşlıq üçün inkişaf çərçivəsinin hazırlanmasından ibarətdir və onlar iki ölkə arasında hərbi-texniki əməkdaşlığın dərinləşməsinə istiqamətləniblər.

Məlumata görə, çexiyalı nazir erməni tərəfdaşlarına ölkəsinin ən müasir hərbi texnika modellərini, həmçinin erməni hərbi həkimlərinin Çexiya universitetlərində yenidən hazırlıq keçməsini də təklif edib. Hərbi təhsil sahəsində əməkdaşlığın davam etdirilməsi qərara alınıb.

Müdafiə nazirləri görüşün sonunda hərbi-texniki əməkdaşlıq haqqında razılaşma imzalayıb.

Səhəri gün Baş nazir Nikol Paşinyan çexiyalı naziri qəbul edərək, Ermənistan və Çexiyanın müxtəlif sahələrdə, o cümlədən müdafiə sektorunda səmərəli əməkdaşlıq etdiyini və iki ölkə arasında əlaqələrin inkişafı üçün böyük potensiala malik olduğunu ifadə etdi.

Çexiyalı nazir Paşinyanı məxməri inqilabın birinci ildönümü münasibətilə təbrik edərək, bu il ölkəsinin də məxməri inqilabın 30 illiyini qeyd edəcəyini bildirib. Metnar Ermənistanın Cənubi Qafqazda Çexiyanın mühüm tərəfdaşı olduğunu, ölkəsinin müdafiə, iqtisadiyyat, informasiya texnologiyaları və qarşılıqlı maraq doğuran digər sahələrdə ikitərəfli münasibətlərin daha da inkişaf etdirilməsində maraqlı olduğunu qeyd edib. Tərəflər Ermənistan-Çexiya müdafiə əməkdaşlığı məsələlərini də müzakirə ediblər. Bu çərçivədə tərəflər regional sabitliyin və təhlükəsizliyin təmin edilməsinin vacibliyini vurğulayıblar.

Görüşdə Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı da fikir mübadiləsi aparılıb. Nikol Paşinyan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Çexiyanın balanslı mövqeyi üçün minnətdarlığını ifadə edərək, Ermənistanın münaqişənin nizamlanmasını yalnız ATƏT-in Minsk qrupu formatında sülh yolu da ilə həllində gördüyünü bildirib. Metnar isə öz növbəsində Çexiyanın münaqişənin sülh yolu ilə həllini və regionda sabitliyin təmin edilməsini dəstəklədiyini vurğulayıb.

Paşinyanla görüşdən sonra Metnarın başçılıq etdiyi nümayəndə heyəti qondarma “soyqırım memorialı”nı ziyarət edib. Ardınca isə İrəvan Riyaziyyat Texnologiyaları Elmi-Tədqiqat İnstitutunda olublar və orada müdafiə sahəsində problemlərin həlli, həmçinin həyata keçirilən işlərlə tanış olublar.

Təbii ki, belə görüşlərdə tərəflər ölkələrinin mənfəəti baxımından qəbul olunmuş etiket qaydalarını qorumaq məcburiyyətindədir. Lakin bu onların gülüş hədəfinə çevrilməsinə səbəb olacaq qədər absurd olmamalıdır.

Birincisi, Ermənistan və Çexiyadakı inqilabların hər ikisini məxməri adlandırmaqla rəsmi İrəvan özünü uğursuz olaraq Praqanın “davamçısı” kimi təqdim etməyə çalışır. İrəvandakı inqilabı bəlkə də “məxməri” adlandırmaq mümkündür, lakin Çexiyada baş verənləri belə adlandırmaq doğru olmazdı.

1968-ci ilin avqustun 21-də Çexoslovakiya ərazisinə daxil olan SSRİ və Rumıniyadan başqa Varşava müqaviləsi ölkələrinin qoşunları Ordu general İ. Pavlovskinin komandanlığı altında “Praqa Baharı” islahatlarına cəmi iki gün ərzində son qoydu. “Dunay” adlanan əməliyyat çərçivəsində avqustun 21-də üsyan edən Çexoslovakiya Kommunist Partiyasının katibi Dubçek, parlament sədri Josef Smrkovski, Baş nazir Oldrjix Çernik və digər ”Praqa baharı” siyasətinin tərəfdarları həbs edilərək Moskvaya gətirildi. “Konstruktiv” danışıqlardan sonra məlum oldu ki, qoşunların Praqaya daxil olmasını elə üsyançıların özü xahiş edib.

Onlar bu dəvəti öz imzaları ilə təsdiq etdilər, üsyan isə nəticəsiz olaraq tam yatırıldı. Yəni hər iki inqilabın motivləri fərqli olub, onların itkilərin sayına və nəticələrinə görə “məxməri” adlandırılması doğru deyil. Ermənistanda müxalifər üsyana qalxmaq istəyən kimi iqtidar müqavimət göstərmədən, sanki bunu arzu edirmiş kimi, dərhal istefa verir, heç kim yaralanmır, ölmür və “inqilab” baş tutur. Bunun “məxməri inqilab” adlandırılması ağlabatandır. Çexoslovakiyada isə ölkə hakimiyyətinin özü Sovet rejiminə qarşı üsyan edir, burada həmin dövrə qədər qoşunu olmayan SSRİ və onun orbitində olan bir neçə ölkənin hərbi kontingenti bu ölkəyə müdaxilə edir, 108 nəfər həlak olur, 500-dən çox insan yaralanır, nəticədə üsyançılar məğlub olur, ölkənin idarəedilməsi üsyandan əvvəlki istiqamətinə qaytarılır. SSRİ qoşunları 1991-ci ilə qədər bu ölkədə qalır. 600 nəfər itki, rəqib hesab edilən qoşunların sonrakı 23 il müddətinə ölkə ərazisinə yeridilməsi, ölkə rəhbərliyinin həbsi, ölkədən çıxarılması, 1 il sonra marionet rejimlə əvəz edilməsi kimi ağrılı-açılı və nəticəsiz üsyanın “məxməri inqilab” adlandırılması mümkün deyil. Bu hadisələrin məqsəd və nəticələri arasında müəyyən oxşar cəhətlər tapmaq və paralelər aparmaq da elə də asan deyil. Sadəcə qeyd etdimiz kimi, Ermənistan və Çexiyadakı inqilabların hər ikisini məxməri adlandırmaqla rəsmi İrəvan özünü Praqanın “davamçısı” kimi təqdim etməyə çalışır.

İkincisi bu iki ölkə arasında əlaqələrin inkişaf üçün böyük potensiala malik olması barədə bəyanatın səsləndirilməsi də absurddur. Bunu az sonra iki ölkə arasındakı ticarət dövriyyəsini müqayisə edərək diqqətinizə çatdıracam.

Digər tərəfdən, ən azından bu günə qədər tarix ciddi bir erməni-çex layihəsinə şahidlik etməyib. Ermənistanın Çexiya ilə əməkdaşlığı daha çox kağız üzərindədir. Hələ 2010-cu illərdən müxtəlif səviyyələrdə ikitərəfli görüşlər, biznes forumlar keçirilir, səfirliklər açılır. Lakin bu nə biznes mühitini canlandırıb, nə də ikitərəfli ticarət dövriyyəsini artıra bilib.

Metsamor atom sransiyasının bağlanması xəbəri çıxanda, Aİ-nin Ermənistanda elektrik stansiyalarının inşasına maliyyə ayıra biləcəyi ehtimalı yarandı. Bir çox şirkətlər kimi Çexiyanın SUMEC GEOPOWER AG şirkəti də Ermənistana gələrək geotermal elektrik stansiyasının tikintisinə hazırlaşmağa başladı. Artıq 3-cü ildir ki, “Karkar” adlanan stansiyanın hazırlıq mərhələsi “uğurla” davam edir.

Çexiyalı mütəxəssislərin də üzv olduğu “Sərhədsiz Həkimlər” təşkilatı dərmana qarşı davamlı tüberkulyozun (DR-TB) müalicəsində Ermənistana yaxından kömək edir. Vərəm xəstəliyi Ermənistanda əhəmiyyətli bir ictimai səhiyyə problemidir. 2016-cı ildə ölkədə hər 100 min ermənidən 44-ü bu xəstəlikdən əziyyət çəkirdi. Daha əvvəl müalicə alan xəstə ermənilərin 47%-i dərmana qarşı davamlı vərəm xəstəliyinə malik idi. “Sərhədsiz Həkimlər” 2005-ci ildən Ermənistanda bu xəstəliyin müalicəsi üçün bir proqram həyata keçirir. Hərbi həkimlərin də Çexiyada yenidən hazırlanması təklifi, bu xəstəliyin daha çox hərbi hissələrdə yayılması ilə əlaqədardır.

Çexiya statistika agentliyinin məlumatına görə, 2017-ci il Ermənistanla ticarət dövriyyəsinin həcminin ən yüksək olduğu il hesab edilir. Bu il ərzində Ermənistana ixracat 35 milyon dollar təşkil edib. Ermənistandan Çexiyaya ixrac isə 3 milyondan bir az artıq olub. Başqa sözlə, Çexiyaya ixracın maksimum səviyyəsində Ermənistan Azərbaycandan təxminən 320 dəfə geri qalır. Bu geriliyin aradan qaldırılması üçün müəyyən tədbirlər görülsə də, hələlik real nəticələr müşahidə edilmir.

Ermənistanın Çexiya ilə münasibətləri yüksək səviyyədə saxlamağa vadar edən yeganə ortaq nöqtə, 200 deputatdan ibarət olan Çexiya Respublikasının Deputatlar Palatasının 2017-ci ilin aprelin 25-də Osmanlı İmperatorluğunda 1915-ci il hadisələrini əsassız olaraq “soyqırım” kimi tanımasından ibarətdir.

Qeyd edək ki, ilk erməni miqrantlar Çexiyaya Sovet İttifaqının dağılmasından sonra çətin iqtisadi şərait və Qarabağ müharibəsi səbəbindən gəliblər. Bu iki xalqın arasında hansısa tarixi bağları yoxdur. Genetik olaraq fərqli toplumlardır. Çexiyada yaşayan 12000 miqrantdan ən məhşurları erməni mənşəli “model” Anna Avakcanova və rusdilli mafiyanın lideri Andranik Soqoyandır.

Təbii ki, Ermənistan Çexiyadan daha çox məhsul idxal etməkdə maraqlıdır, lakin əhalinin alıcılıq qabiliyyətinin aşağı olması və məhsulların qiymətlərinin nisbətən yüksək olması onların yerli bazarlarda geniş yayılmasını əngəlləyir.

Potensial tərəfdaş olaraq çexlərin Ermənistandan asılılığı yoxdur, lakin Çexiyanın nəqliyyat sektorunun 30%-i təmamilə Azərbaycan yanacağından asılıdır.

Xatırlayırsınızsa bu il yanvarın 25-də Çexiya Sənaye və Ticarət naziri Marta Novakova Bakıya səfər edərək nəqliyyat, energetika, suların təmizlənməsi, infrastrukturun modernləşdirilməsi, avtomobil və dəmir yolu şəbəkəsinin yenidən qurulması, bərpa olunan enerji sahəsində birgə əməkdaşlıq, həmçinin dərman, elektrik, elektronika və ətraf mühit üçün ekoloji texnologiyalarla təminat məsələlərinin müzakirə olunduğunu qeyd etmişdi.

Azərbaycan Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2018-ci ildə Çexiya ilə ticarət həcmi 1.04 milyard dollar təşkil edib. Eyni zamanda, Azərbaycan məhsullarının ixracı 938.4 milyon dollar, Çexiya məhsullarının ixracı isə cəmi 62 milyon dollar olub. Yəni Çexiyanın Azərbaycandan idxalı ixracından 16 dəfə çoxdur. Ötən ilin eyni dövrü ilə müqayisədə ölkələr arasında ticarət dövriyyəsi 36.5 faiz artıb, Azərbaycan məhsullarının ixracı demək olar ki, iki dəfə artıb. Buradan da kimin kimə daha çox ehtiyacı olduğu aydınlaşır. Hazırda Çexiya Azərbaycanın doqquzuncu ən böyük xarici investoru və beşinci ən mühüm ticarət tərəfdaşıdır.

Bu gün Azərbaycan və Çexiya arasında çox sayda birgə iqtisadi layihələr fəaliyyət göstərir. 2004-cü ildən fəaliyyət göstərən və “Belarus”, MAZ, KAMAZ və “Ural” avtmobillərini istehsal edən Gəncə Avtomobil Zavodunda “Tatra” yük maşınlarının istehsal sahəsi yaradılır. 2020-ci ildə “Tatra” avtomobilinin ilk modelinin konveyerdən çıxacağı gözlənilir.

Digər bir çex şirkəti “Moravia Steel” isə “Şimal-Cənub” dəmir yolu dəhlizinin Azərbaycan hissəsinin yenidən qurulmasında iştirak edir. Çex şirkətləri Bakının həm yerüstü, həm də yeraltı ictimai nəqliyyat sisteminin inkişafında və genişləndirilməsində yaxından iştirak edirlər.

Müdafiə sahəsində əməkdaşlıq da davam edir, ehtiyacımız olan Çexiya hərbi sənaye məhsullarını birbaşa və ya digər yollarla əldə etmək imkanımız məhdud deyil. Burada 152 mm-lik “Dana” və ya 122 mm-lik RM-70 YARS tipli artilleriya vasitələri nəzərdə tutulmur.

Azərbaycanın istifadəsində olan Çexiya istehsalı L-39 “Albatros” təlim-döyüş təyyarələrinin modernləşdirilməsi sahəsində birgə əməkdaşlıq layihələri həyata keçirilib.

Təbii ki, hər bir ölkənin digəri ilə sağlam əməkdaşlıq etməyə haqqı və hüququ mövcuddur. Lakin İrəvanın Çexiya ilə əməkdaşlıda xüsusi canfəşanlıq etməsi, mövcud Ermənistan hakimiyyətinin daha çox vurnuxmasını göstərir. Bəli, İrəvana gələnlər bəlkə də əvvəlkindən daha çoxdur, lakin onlar sərmayə yatırmazdan əvvəl Ermənistanın potensialını, alıcılıq imkanlarını, coğrafiyasını, qonşularla münasibətini araşdırdıqdan sonra qismən ehtiyalı davranmağa məcbur olurlar. Yəni işğalçılıq siyasəti tək Ermənistanın qonşularına deyil, həm də özünün iqtisadiyyatına ciddi zərbə vurur. Məhz, bunu anladıqdan sonra özünü kiminsə “davamçısı” kimi təqdim etməyə gərək də qalmayacaq.

Hərbi ekspert Ədalət Verdiyev
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Çexiya   Cənubi-Qafqaz   Hərbi-əməkdaşlıq  

DANA və “Vampir”lər Ermənistanı niyə qorxudur?| Çex nazirin İrəvan səfəri

2019/04/15070-1555399638.jpg
Oxunub: 4118     11:21     16 Aprel 2019    