"Lavrovun iştirakı əhəmiyyətlidir, lakin çox şey gözləmək olmaz" - Erməni ekspertlər

2019/04/00-75-1555327298.jpg
Oxunub: 1022     15:20     15 Aprel 2019    
Azərbaycan və Ermənistan XİN rəhbərləri arasında Vyanada baş tutan görüşdən dərhal sonra İrəvandan müxtəlif şərhlər səsləndirilir. Bəzi erməni ekspertlərinin sözlərinə görə, münaqişənin sülh yolu ilə tənzimlənməsi o qədər də qeyri-real deyil. Ekspertlərin bir hissəsi isə tərəflərin mövqelərinin bir-birindən ciddi fərqləndiyinə görə, münaqişənin yeganə həll yolunun müharibə variantı olduğunu bildirirlər.

Ordu.az xəbər verir ki, Ermənistan Xarici İşlər nazirinin keçmiş müavini, fövəladə və səlahiyyətli səfir Arman Navasardyan erməni KİV-lərinə verdiyi müsahibəsində, Lavrovun bu danışıqlarda iştirakının bir "əlamət" olduğunu qeyd edib.

"Hesab olunur ki, əgər Lavrov bu danışıqlara gedirsə, deməli hər hansısa bir təklifi var. Ermənistan tərəfinin danışıqlarda Qarabağın (qondarma qurum-red.) təmsil olunmasında təkid etməsini nəzərə alsaq, bu danışıqlarda hər hansısa bir irəliləyişin əldə oluna biləcəyini deməkdə çətinlik çəkirəm", - deyə o bildirib.

Navasardyan əlavə edib ki, yaxın gələcəkdə dəyişiklik gözləmək tezdir.

Erməni politoloq Armen Vardanyanın fikrincə, Xarici İşlər nazirlərinin görüşündən böyük irəliləyiş gözləmək olmaz.

O, həmçinin Rusiya tərəfinin ayrıca, ikili gündəliyini "Lavrov planı" adı altında irəli sürməyə səy göstərdiyini qeyd edib: "Bu barədə yalnız ABŞ-ı təmsil edən sabiq həmsədr Riçard Hoqland bəyan edib. O bildirmişdi ki, Lavrov planı əvvəlki "Madrid prinsipləri"nə uyğundur. Burada yalnız bir fərq var ki, bu da statusun qeyri-müəyyən vaxta qədər təxirə salınmasıdır. Elə bu səbəblərə görə də plan Azərbaycan və Ermənistan rəhbərləri tərəfindən təxirə salınıb".

Vardanyan 2016-cı ilin aprel ayından sonra Vyana, daha sonra Sankt Peterburq görüşlərini xatıladır.

"Yəni daimi gündəliklə yanaşı, Rusiya hər dəfə öz gündəliyini də irəli sürür. Danışıqlar prosesi müəyyən mənada dalana dirənmiş vəziyyətdədir. Hazırda danışıqların nə barədə aparıldığı məlum deyil. Hazırda iki variant var: ya Qarabağ adından Ermənistan çıxış etməli, yaxud da qeyri-formal danışıqlar davam etdirilməldir. Hazırda Ermənistanın danışıqlara hansı seçimlə getdiyini demək çətindir. Hətta biz bunun danışıqlar, yoxsa sadəcə görüş olduğunu belə bilmirik", - deyə o sözlərini yekunlaşdırıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: XİN   Lavrov   Qarabağ  

"Lavrovun iştirakı əhəmiyyətlidir, lakin çox şey gözləmək olmaz" - Erməni ekspertlər

2019/04/00-75-1555327298.jpg
Oxunub: 1023     15:20     15 Aprel 2019    