Politoloq: “Azərbaycanın hücuma keçməsinə heç bir maneə yoxdur”

2019/04/10-1555325978.jpg
Oxunub: 2995     15:17     15 Aprel 2019    
“Azərbaycanın hücuma keçməsinə heç bir maneə yoxdur”.

Ordu.az xəbər verir ki, bu sözləri erməni politoloq Edvard Antinyan “Araçin Lratvakan” informasiya agentliyinə müsahibəsində deyib.

Antinyan ilk növbədə Vyanada iki ölkə rəhbərlərinin görüşü, “yeni ərazilər müqabilində yeni müharibə” bəyanatı və bundan sonra müharibə ritorikasının kəskinləşməsinə münasibət bildirib.

O, Tonoyanın məlum təxribatçı bəyanatını məsələnin güc yolu ilə həllinə qarşı xəbərdarlıq kimi pərdələyib. Həmçinin Ermənistan Milli Təhlükəsizlik xidmətinin rəhbəri Artur Vanetsyanın da işğal edilmiş Qarabağda olarkən bu cür bəynatla çıxış etdiyini xatırladıb.

Erməni jurnalistin “Müdafiə naziri heç bir səbəb olmadan bu cür bəyanatla çıxış etməz” sözünə Antinyan çaşqınlıqla cavab verib: “Bəlkə də Azərbaycan tərəfinin hücuma hazırlaşması barədə məlumatlar vardı və buna görə də o, qabaqlayıcı bəyanat verib”.

Səngərdə qulluq vəziyyətindən imtina edilməsini hərbi doktrinanın tələbi kimi dəyərləndirən xərbər agentliyinin əməkdaşı, xüsusi əməliyyatlar həyata keçirən bölmələrin yaradılmasına aydınlıq gətirilməsini xahiş edib.

Erməni politoloq bu suala cavab verərkən qeyd edib ki, hərbi doktrinada dəyişikliklərin edilməsi barədə danışmağa tələsməməyi tövsiyyə edib. Bunu diqqətsiz addım hesab etdiyini vurğulayan Antinyan bildirib ki, konstitutsiyada dünya ölkələri ilə xoşməramlı ünsiyyət qurulması barədə yazıldığını, bununla da hücum əməliyyatlarına hazır olunsa da, ilk hücum edən tərəf olmamalı olduqlarını qeyd edib.

Münaqişə zonasında ciddi gərginlik ola biləcəyi ilə bağlı Antinyan Azərbaycanın hücuma keçməsinə heç bir maneə olmadığını söyləyib.

“Müharibənin başlamaması üçün beynəlxalq oyunçuların Azərbayacana dəstək verməsinin qarşısı alınmalıdır. Vyana görüşü heç bir məsələni həll etməyib”, - deyə o əlavə edib.

Münaqişənin həllinə daha qlobal qüvvələrin strateji maraqları hökmündən baxmağın lazım olduğu, o cümlədən Rusiya-Qərb diplomatiyası, Moskva tərəfindən bölgədə Sovet təsirini saxlamaq imkanlarına səy göstərməsinə dair münasibət bildirərkən isə Antinyan deyib ki, bu gün bölgədə ciddi, yenidən nizamlanma prosesləri gedir.

“ATƏT-in Minsk qrupu həmsədrləri, Rusiya, ABŞ və Fransanın simasında Avropa qarşılıqlı razılıq əsasında masa ətrafında oturub, danışıqlar aparaq desə də, bu bölgədə hər üç tərəfin maraqlarının üst-üstə düşməsi demək deyil. Belə bir şey ola bilməz. Münaqişələr çox dərindir. Rusiyaya qarşı sanksiyalar tətbiq edildiyini, Türkiyənin Rusiya tərəfinə keçməyə cəhd etdiyini, bunun isə öz növbəsində təbii olaraq ABŞ-ın xoşuna gəlmədiyini unutmaq olmaz. İran ətrafında gərginlik davam edir. Bir sözlə bölgədə təmamilə yeni vəziyyət yaranıb. Həmsədrlər münaqişənin sülh yolu ilə həllinə nail olmaq üçün mümkün olan hər şeyi edəcəklərinə dair bəyanat versələr də, münaqişənin tənzimlənməsi üçün tərəflərin məqbul hesab edə biləcəyi bir variant yoxdur”, - deyə Antiyan sözlərinə yekun vurub.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər:

Politoloq: “Azərbaycanın hücuma keçməsinə heç bir maneə yoxdur”

2019/04/10-1555325978.jpg
Oxunub: 2996     15:17     15 Aprel 2019    