Hindistan subsəs raketini sınaqdan keçirib

2019/04/india-1555323892.jpg
Oxunub: 370     21:23     15 Aprel 2019    
Hindistan Müdafiə Tədqiqat və İnkişaf Təşkilatı yerli istehsal olan subsəs qanadlı raketi “Nirbhay”ı sınaqdan keçirib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə DRDO-dan olan rəsmi bildirib.

Mənbənin sözlərinə görə, bu gün baş tutan sınaq Odişadakı sınaq poliqonunda həyata keçirilib. 1000 kilometr mənzilə sahib olan bu raket hədəfi yüksək dəqiqliklə vura bilib.

Qeyd edək ki, bu, “Nirbhay” raketinin altıncı uçuşudur. Bu vaxta qədər olan uğur göstəricisi 3-3-dür. Alimlər raketin zərbə zamanı hədəfi 5 m-ə qədər dəqiqliklə vura bildiyini bildirirlər.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Hindistan   Raket-sınağı  

Hindistan subsəs raketini sınaqdan keçirib

2019/04/india-1555323892.jpg
Oxunub: 371     21:23     15 Aprel 2019    