İsrail Suriyadakı sonuncu əməliyyatında yeni supersəs raketindən istifadə edib?

2019/04/f16-1-1555319614.jpg
Oxunub: 529     13:57     15 Aprel 2019    
İsrail Hərbi Hava Qüvvələrinin ötən həftəsonu Suriyadakı bir sıra hərbi mövqelərə qarşı həyata keçirilən hava əməliyyatı zamanı yeni supersəs “Rampage” raketlərindən istifadə etdiyi iddia edilir.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə iddiaları bəzi mənbələr, o cümlədən hərbi analitik Babak Taqvaye səsləndirib.

Xatırladaq ki, ötən həftənin şənbə günü erkən saatlarda Suriyanın mərkəzi bölgələrindən olan Məsyəf ərazisindəki bir neçə hərbi məntəqə məhv edilib. İsrail tərəfi bununla bağlı açıqlama verməsə də, beynəlxalq ictimaiyyət hücumun arxasında İsrail HHQ-nin dayandığını ehtimal edir.

Yeni çıxan iddialarda isə bu əməliyyat zamanı İsrail Müdafiə Qüvvələrinin yenicə istehsal edilmiş “Rampage” adlı supersəs, hava-yer raketindən istifadə etdiyi irəli sürülür.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: İsrail   Rampage   Suriya  

İsrail Suriyadakı sonuncu əməliyyatında yeni supersəs raketindən istifadə edib?

2019/04/f16-1-1555319614.jpg
Oxunub: 532     13:57     15 Aprel 2019    