Atəşkəs kontekstinə nişangahdan baxış: Azərbaycan Müdafiə Sənayesinin inkişafı – HƏRBİ EKSPERT (IV Yazı)

2019/04/42720-1555318963.jpg
Oxunub: 1357     12:50     15 Aprel 2019    
(IV yazı. III yazını BURADAN oxuya bilərsiniz)

Hələ Qarabağ savaşının ilk illərində 1991-1992 ci illərdə Azərbaycan öz Müdafiə Sənayesini (MS) yaratmağa çalışırdı. Lakin SSRİ-dən qalmış və əsasən istehsal gücünü və mütəxəssislərini itirmiş hərbi təmayüllü zavodlar ancaq kicik və sadə, keyfiyyət baxımından aşağı olan məhsullar buraxmaq gücündə idi. Belə ki, başlanğıc zamanı “Leytenant Şmidt” adlı zavodda BM-21 yaylım atəşi sisteminin “Bakinski Qrad” adlı klonu yaradıldı. Bu döyüş maşınları ilkin anda ordunun tələbatının az hissəsini təmin etsə belə, dəqiqlik və keyfiyyət baxımından çox aşağı səviyyədə idi. Bundan əlavə RPQ-7 qumbaraatanları, 82 mm-lik minaatanlar və bir sıra hərbi təmayüllü məhsullar buraxılırdı ki, yuxarıda qeyd etdiyimiz kimi metal və digər lazımi avadanlıqların olmaması ucbatından bu məhsullar da keyfiyyət baxımından aşağı səviyyədə olurdu.

1993-cü ildə Azərbaycan ərazisində olan bütün keçmiş SSRİ-yə məxsus müdafiə sənayesi kompleksləri Azərbaycan Respublikasının xüsusi maşınqayırma və konvensiya Dövlət komitəsinə birləşdirildi. Respublika ərazisində olan bir sıra belə istehsal sahələrini bir yerə toplayaraq əvvəllər birlikdə olan və hissələri bir-birinə göndərməklə hazır məhsula sahib olan bir sıra respublikalarla korporativ əlaqələrin saxlanması üçün bu, zəruri bir cəhd idi. Buna görə də 1993-cü ilin dekabrında Rusiya-Azəbaycan tərəfləri arasında dövlətlərarası razılaşma imzalandı ki, bu da müdafiə sahəsində olan bir sıra istehsal sahələrinin korporasiya ilə müştərək fəaliyyətinə ünvanlanmışdı.

Bununla belə 2000-ci illərə kimi MS Azərbaycanda çox az fəaliyyət dairəsinə malik idi. 2005-2006-cı illərdə MS-in hərbi istehsalı ildə 1 miyon dollar həcmində qiymətləndirilirdi. MS-in ikinci startı 2003-cü ildə ölkə prezidenti seçilən İlham Əliyevin prioritet vəzifələrindən biri oldu. Azərbaycan Respublikası Prezidentinin 16 dekabr 2005-ci il fərmanı ilə Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi yaradıldı. 2005-ci ilin martında Yavər Talıb oğlu Camalov nazir postuna seçildi. Əvvəllər Yavər Camalov “Azneft” istehsalat birliyinin direktoru vəzifəsində çalışırdı.

Nazirliyin balansına, keçmiş dövlət komitəsinə daxil olan və digər sahələrə məxsus olan zavodlar, istehsal sahələri, elmi tədqiqat mərkəzləri və Azərbaycanın aerokosmik agentliyi daxil edildi. Artıq 2006-cı ildə MSN-ə ayrılan maliyyə vəsaiti 100 milyon dollar, 2007-ci ildə isə 115 milyon dollar həddinə çatdırıldı. Bu MSN-ə ilk layihələrin həyata keçirilməsi və yeni istehsal sahələrinin qurulması üçün təkan verdi.

Artıq 2008-ci ildə Azərbaycan MSN-in tərkibində 16 yeni istehsal sahəsi, 2008-2009-cu illərdə 17 yenilənmiş müasisə var idi. 2008-2009-cu illərdə kiçik həcmli də olsa, bir sıra atıcılıq silahları, əl qumbaraları, hərbi ləvazimatların daxili istehsalı başlamışdı. MSN-in əsas prioritetləri yenilənmiş istehsal sahələrində müxtəlif növ hərbi təyinatlı məhsulların buraxılması, yeni tip vasitələrin öyrənilərək elmi araşdırmalarının aparılması və istehsal xətlərinin inşası idi. İlk anlarda müxtəlif ölkələrin silah, sursat, optik avadanlıqlar və bir sıra məmulatların lisenziyalı istehsalı oldu. Qarşıya qoyulan məqsəd ilkin olaraq Azərbaycan silahlı qüvvələrinin və güc strukturlarının vəsaitlərə olan ehtiyacını daxildən təmin etmək idi. Bununla yanaşı Silahlı Qüvvələrdə olan texnika və silahların təmiri, təkmilləşdirilməsi və onlar üçün ehtiyat hissələrinin hazırlanması prosesləri həyata keçirilməyə başladı.

MSN-nin strukturu ciddi və çoxşaxəli olaraq özündə elmi tədqiqatlar inistutu, təcrübələr zavodu, elmi-texniki şuranı birləşdirir. Bu strukturlar elmi tədqiqat, istehsal, konstruktor birliklərinin müştərək olaraq əlaqəli şəkildə işləməsi üçün yaradılıb. Azərbaycan hökumətinin səyi və vacib maliyyə resurslarının ayrılması ilə MSN artım tempinə qədəm qoydu. 2011-ci ilin oktyabrında bəyan edildi ki, 2007-2011-ci illər ərzində yenidənqurma əsasında 17 müəsisə və 30 yeni istehsal sahəsi istifadəyə verilib. Əgər 2006-cı ildə MSN 175 adda məhsul buraxırdısa, artıq 2001-ci ildə bu göstərici 600 adda məhsula çatdırılmışdı. 2010-cu ildə bu göstəricilər artıq 10 dəfə artaraq 103 miyon manat, 2012 ci ildə 119.8 milyon manat civarında təşkil etdi. Həmin ildə, yəni 2012-ci ildə MSN-ə ayırmaların da həcmi artmış və bu 224 milyon manat olmuşdu.

Bu zamandan 5 il keçdikdən sonra isə nazir Yavər Camalov bəyan etdi ki, 2007-ci illə müqayisədə MSN-in istehsal sahələrində məmulat və məhsulların həcmi, hərbi təmayüllü məhsullar da daxil olmaqla 42 dəfə artıb və göstərilən vaxt ərzində 213 dən 1200-ə çatdırılıb. MSN-in yaranması dövründən hal-hazırkı vaxta qədər 1.745 milyard manatlıq məhsul istehsal edilib ki, bunların içində mülki təyinatlı məhsullar da var. MSN-ə daxil edilmiş Milli Aerokosmik Agentliyi də 2017-ci ildə artıq müxtəlif sferaları əhatə edən 34 mövzu üzərində çalışırdı ki, bunlardan da 17-si hərbi sahəni əhatə edirdi.

Xarici lisenziya ilə atıcılıq silahlarının istehsalının yerli MS üçün yeni perspektivlərdən biri olduğunu desək, yanılmarıq. Məhz bu razılaşmaların nəticəsidir ki, istehsal sahələrində böyük axına malik istehsal xətləri işə düşdü. Bunlar tək atıcılıq silahları deyil, müxtəlif növ hərbi və mülki təyinatlı məhsullar, avadanlıqlar, optik elementlər, 60, 81, 82 mm-lik minaatanlar və sursatlardır.

Sursat sahəsində isə inkişaf daha sürətlə addımlamağa başladı. İlkin anda kiçik çaplı güllələrdən başlanılsa da, sonradan bu sahə iriçaplıları, minaatan mərmilərini, əl qumbaralarını və əl qumbaraatan mərmilərini də əhatə etdi. İlkin olaraq MSN-də müxtəlif mərmilər üçün partladıcı başlıqlar, əlavə barıt içliklərinin hazırlanması prosesləri prioritet vəzifələrə daxil edildi. 2017-ci ilin dekabrında Müdafiə Sənayesi naziri Yavər Camalov öz müsahibələrindən birində bəyan etdi ki, Azərbaycan Müdafiə Sənayesinin istehsal xətlərində isti ştamplama xətləri istifadəyə verilib və bu da artilleriya, tank mərmilərinin, onlar üçün gilizlərin hazırlanması üçün nəzərdə tutulub.

Bundan əlavə nazirliyin digər istehsal sahələrində ballistik barıtların, piroksilin, heksogen, trotil və digər partlayıcı maddələrin istehsalına start verilib. İlkin olaraq aviasiya texnikası, tank və artilleriya qurğularının yüngül modernləşdirilməsi, bu vasitələr üçün daxili resurslar hesabına ehtiyat hissələrinin buraxılması da müəsisələrdə həyata keçirilir.

Komplektləşdirici hissələrdən istifadə ilə müxtəlif növ texnikaların istehsalı da MSN-in nəzərindən qaçmadı. Bu zaman həm məhsulun alış qiymətinin ucuzlaşması, həm də istehsal sahələrinin artırılması mexanizmi dəyərli iqtisadi layihələrdən idi. MRAP-lar, Pilotsuz Uçuş Aparatları, Döyüş modulları, elektro-optik sistemlər, rabitə vasitələri, kater və gözətçi gəmilərinin tikilməsi bu layihənin əsas hissələrini əhatə edirdi.

Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin ixrac əməliyyatları

2008-ci ilin əvvəlləri məhz MSN üçün ixrac əməliyyatlarının başlanğıc ili kimi sayılır. İlkin olaraq MSN-in xüsusi ixrac əməliyyatları məhz Türkiyə, İordaniya, Pakistana 14.5 mm-lik “İstiqlal-T” anti-material snayper tüfənglərinin satışı ilə başladı. Bundan sonra həmin ölkələrə 7.62 mm-lik “Yalquzaq” snayper tüfənglərinin də ixracı həyata keçirildi. Türkiyə, İraq və Gürcüstana MSN istehsalı olan sovet tipli döyüş sursatları ixrac olundu. 2016-cı ildə İraq hökuməti Azərbaycandan öz silahlı qüvvələrinin ehtiyaclarını ödəmək üçün 500 ədəd RPQ-7V2, 500 ədəd 60 mm-lik minaatan və bu silahlar üçün böyük həcmdə sursatlar aldı. Bundan əlavə xarici KİV-lərin məlumatına görə, ABŞ İraq və Əfqanıstan polis qüvvələrinin tələbatı üçün Azərbaycandan böyük sayda atıcılıq silahları və onlar üçün sursatlar alıb.

Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin balansında olan istehsal sahələri

“İqlim” elmi-İstehsalat birliyi (1990-cı ilə qədər SSRİ aviasiya istehsalı birliyinin Bakı aqreqat istehsalat birliyi). Müəsisə 1961-ci ildə Bakı Kondisionerlər Zavodu kimi fəaliyyətə başlayıb və 1971-ci ildə SSRİ-nin kondisioner istehsalı üzrə ən böyük müəsisəsinə çevrilib. Bu zavodda müxtəlif növ sovet aviasiya texnikaları üçün aqreqatlar, kondisionerlər və radiatorların istehsalı da aparılırdı. Bundan əlavə zavodda X-29 T/L tipli idarəolunan raketlər istehsal olunurdu. 2005-ci ildən “İqlim” MSN-in baş istehsalat müəsisəsinə çevrilərək burada Rusiyanın “Rosoboroneksport” konserni ilə razılaşma əsasında AK-74M (“Xəzri”) avtomatlarının istehsal xətti işə düşdü. Razılaşma faktiki olaraq, 2013-cü ildən başlayaraq 2021-ci ilə qədər 12 000 ədəd avtomatın Azərbaycan Silahlı Qüvvələrinin ehtiyacı üçün istehsalını nəzərdə tuturdu.

2016-cı ildən başlayaraq müəssisədə Azərbaycanın istehsalı olan və AK-74 avtomatının dərin təkmilləşdirilmiş versiyası olan EM-14 avtomatlarının istehsalına başlandı. Bu zaman EM-14 həm NATO tipli 5x56 mm çaplı, həm də sovet tipli 7x62mm-lik güllələr üçün EM-14/AZ-7.62 ayrı-ayrılıqda nəzərdə tutulub. 2016-cı ilin əvvəllərində MSN-in öz istehsalı olan iriçaplı anti-material snayper tüfəngi NST-14.5 istehsal olunmağa başladı ki, bu da “Telemexanika” istehsalat müəsisəsinin “İstiqlal” brendi altında buraxdığı 14.5x114 mm-lik tüfəngin modernizasiya olunmuş versiyası idi. Bundan əlavə müəsisədə NATO tipli 7.62x51 mm-lik güllələr üçün “Yalquzaq” və sovet tipli 7.62 x54 mm çaplı güllələrlə atəş açan “Yırtıcı” adlı snayper tüfənglərinin istehsalı başlandı. 2013-cü ildə 7.62 mm-lik PKM və PKT pulemyotlarının lisenziyasız buraxılışına başladıqdan sonra, müəsisədə həmin tip pulemyotların dərin təkmilləşdirilmiş nümunəsi olan UP-7.62 və hücum pulemyotu olan HP-7.62-lərin seriyalı istehsalına başlandı.

Bununla birlikdə 4 tip silahlar üçün lülə hazırlanması xətti də istifadəyə verildi ki, bu da Azərbaycana kənar dövlətlərdən lülə almayaraq, özünün istifadəsindən yararlanmaq şansı verdi. Türkiyənin TİSAS şirkəti ilə müştərək olaraq “İnam”, “Zəfər-K”, “Zəfər” və MKEK şirkəti ilə müştərək MP-5 tapancalarının da buraxılışı müəsisənin məhsullarına daxildir. 2010-cu ildən burada RPQ-7V2 (TƏQ-7V2) tipli əl qumbaraatanları, 40 mm-lik QP-25 tipli lüləaltı qumbaraatanlar istehsal olunmağa başladı. 2008-ci ildə Türkiyənin ROKETSAN şirkəti ilə müştərək olaraq 10 mm-lik və 122 mmlik T-107, T-122 tipli yaylım atəşi qurğularının da istehsalı başlandı. Müəssisədə bu tip qurğular üçün də mərmilərin istehsal xətti var.

Bundan əlavə idarəolunmayan 57 mm-lik C-57 və 80 mm-lik C-80 tipli mərmilər və onların qurğuları da istehsal olunur. “İqlim”də 60 mm-lik “Komando” minaatanları istehsal olunur ki, bunlar həm Azərbaycan Silahlı Qüvvələrinin arsenalına, həm də ixraca göndərilir.

Bakı elektron-hesablama maşınları zavodu

1986-cı ildə SSRİ Radiotexnika Nazirliyinin müəsisəsi kimi fəaliyyətə başlayıb. Əsaslı təmir olunaraq hal-hazırda MSN-in istehsalat birliyindən biri olaraq kiçik ölçülü elektron cihazların istehsalı ilə məşğuldur.

Zavodda Cənubi Afrika Respublikasının “Paramount Group” şirkəti ilə MSN-in razılaşması əsasında MATADOR və MARAUDER tipli MRAP-ların hazırlanması üçün istehsal sahəsi yaradılıb. Bu istehsal sahəsində 85 ədəd belə döyüş maşınları istehsal olunaraq Azərbaycan Silahlı Qüvvələrinə verilib.

Bakı “Cihazqayırma” zavodu

1942-ci ildə əsası qoyulmuş bu zavod SSRİ İdarəetmə Sistemləri və Avtomatlaşdırma üçün Cihazqayırma Nazirliyinin balansına verilmişdi. Əsaslı təmir olunaraq, son illər zirehli texnikaların, habelə tankların təmiri və modernləşdirilməsi məqsədilə istifadə olunur. Məhz bu zavodda T-72 tanklarının və PDM (BMP-2) döyüş maşınlarının İsrail tipli təkmilləşdirilməsi həyata keçirilib. Bundan əlavə zavodda BTR-70 tipli zirehli personal daşıyıcıların təkmilləşmə xətti həyata keçirilib. Bu zaman zirehli transportyorların mühərriki KAMAZ mühərrikləri ilə əvəzlənib, daxili qurğularında dəyişiklik edilərək BTR-70M səviyyəsinə çatdırılıb.

Zavodda bir sıra texnikalar üçün “Şimşək” tipli döyüş qüllələrinin istehsalına start verilib. 2010-cu ildən başlayaraq iki aparıcı tipli yüksək keçid imkanına malik TOYOTA HİLUX avtomobillərinin bazasında kəşfiyyat-keşik avtomobilləri olan zirehli “Gürzə” maşınları istehsal olunmağa başlanıb. 2010-cu ildə Türkiyənin “Öztek” şirkəti ilə zavodda maskalanma vasitələrinin istehsalı üçün razılaşma imzalanıb.

Alov zavodu

1975-ci ildə tikilən “İskra” zavodu, SSRİ Müdafiə Sənayesi Nazirliyinin balansında olaraq hərbi təmayüllü optik qurğuların istehsalı üçün nəzərdə tutulub. Əsaslı təmir olunaraq hal-hazırda da zavodda hərbi təmayüllü müxtəlif növ elektro-optik və optik avadanlıq, nişangahlar və digər məhsullar hazırlanır.

Məhsulların bir hissəsi razılaşma əsasında xarici şirkətlərlə birlikdə hazırlanır ki, bunların arasında başlıca rolu ASELSAN tutur. Hazırlanan məhsullar sırasına atıcılıq silahları üçün kollimatorlar, snayper tüfəngləri, minaatan, əl qumbaraatanalar üçün yüksək dəqiqlikli nişangahlar, gecə-gündüz müşahidə cihazları, durbinlər da daxildir.

“Dalğa” elmi-istehsalat birliyi

Bu zavod SSRİ-nin Gəmiqayırma İstehsalatı Birliyinə daxil olaraq, 1982-ci ildə Bakı Elektromexanika İnstitutunun balansına “Nord” adı ilə daxil oldu.

Burada gəmilər üçün şturman avadanlıqları layihələşdirilərək istehsal olunurdu. Əsaslı təmir olunaraq hal-hazırda burada əvvəlki kimi avadanlıqlar, həm hərbi, həm də mülki sahələr üçün akkumlyatorlar hazırlanır, rabitə sistemlərinin və vasitələrin təmiri işləri aparılır.

“Radioquraşdırma” zavodu

1948-ci ildə inşa edilən bu zavod SSRİ Radiosənayesi Nazirliyinin balansında olub. Uzun illər sovet hərbi sənayesi üçün elektron hesablayıcı maşınların hissələri və mülki televizor, radioların istehsalı ilə məşğul olan zavodda hal-hazırda əsaslı təmirdən sonra F-1, RQD-5 əl qumbaraları, partladıcı və tüstüburaxan şaşkalar, piropatronlar, siqnal raketləri və s. istehsal edilir ki, bunların da bir hissəsi Türkiyənin MKEK şirkəti ilə razılaşma əsasında həyata keçirilir.

2009-cu ildə İordaniyanın KADDV şirkəti ilə bağlanmış razılaşma əsasında zavodda hazırda Azərbaycan Silahlı Qüvvələri üçün zirehli gödəkçələr və dəbilqələr də istehsal edilir.

“Sənayecihaz” elmi-istehsalat birliyi
1956-cı ildə öz başlanğıcına imza atan bu zavod ilkin olaraq “Nefteximpribor” istehsalat birliklərinə daxil olaraq “Prompribor “adlanırdı. Hal-hazırda əsaslı təmir olunaraq tank əleyhinə və piyada əleyhinə minaların buraxılışı üzrə ixtisaslaşıb.

“Peyk” zavodu

1990-1993-cü illərdə Fransız konsorsiumu (M.U.R. İndustrie G.İ.E) çərçivəsində istehsala başlayıb. Zavodda plataların möhürvurma-ştamplama xətti ilə istehsalı həyata keçirilir. Hal-hazırda məhsulların böyük hissəsi ixracata gedir.

“Avia-Aqreqat” zavodu

1978-ci ildə əsası qoyularaq SSRİ Aviasiya Nazirliyinin balansında olub. Zavodda aviasiya texnikası üçün şar və slindrik balonlar buraxılır. Hal-hazırda əsaslı təmirdən sonra da bu funksiyanı yerinə yetirir. Məhsulların çox hissəsi Rusiyaya, Gürcüstana və Ukraynaya ixrac olunur.

“Azon” zavodu

1974-cü ildə Bakı “Mikrosxemtexnika” istehsalat birliyi kimi yaradılıb. Zavodda bir çox hərbi və mülki təmayüllü qurğular üçün mikrosxemlər istehsal olunur. Hal-hazırda əsaslı təmirdən sonra öz ixtisasını davam etdirməkdədir.

“Avtomatik-xəttlər” elmi-istehsalat birliyi

SSRİ elektrotexnika sənayesinə tabe olaraq 1988-ci ildə yaradılıb. Hal-hazırda əsaslı təmirdən sonra bir sıra atıcılıq və ov tüfənglərinin istehsalı ilə məşğuldur.

“Şirvan-Araz”(Araz) zavodu

1980-cı ildə “Dalnaya Svyaz” Leninqrad elmi tədqiqat İnstitutunun Bakı filialı olaraq yaradılıb və əsaslı təmirdən sonra MSN-in sursatlar üzrə baş istehsalat birliyinə çevrilib. Hazırda 60, 81, 82, 120 mm-lik minaatan mərmiləri, 23-30 mm-lik avtomatik toplar üçün mərmilər, 12.7, 14.5 mm-lik snayper tüfəngləri üçün güllələr, 50, 100, 250, 500 kq-lıq aviasiya bombaları TAV-7, TAV-50 praktiki aviasiya bombalarının buraxılışını həyata keçirir. Müəsisədə 100 mm-dən 155 mm-ə qədər artilleriya mərmilərinin də istehsalı nəzərdə tutulub.

“Telemexanika” zavodu

1981-ci ildə SSRİ neft sənayesinin telemexanik və avtomatlaşdırılmış qurğularının və avadanlıqlarının istehsalı üçün qurulub. Hal-hazırda əsaslı təmirdən sonra Türkiyənin MKEK şirkəti ilə razılaşma əsasında müxtəlif çaplı güllələr üçün gilizlərin hazırlanması işi həyata keçirilir. Burada 5.45, 7.62 mm-lik güllələr, 30 mm və 40 mm-lik qumbaraatan mərmiləri də istehsal olunmaqdadır. Məhz bu zavodun sexlərində 2008-ci ildə MSN-in ilki olan 14.5 mm-lik “İstiqlal” iriçaplı anti-material snayper tüfəngi buraxılıb və sonradan bir sıra təkmilləşdirmə işləri aparılıb.

Hazırda bu tüfəngin modernləşdirilmiş variantları olan “İstiqlal-T” və “İstiqlal-T1” də bu zavodda istehsal edilir. “İstiqlal” bazasında yeni yanaşma olan “İstiqlal-23” də məhz bu zavodda həyata addımlayıb. Anti-material olan və böyük dağıdıcı gücə malik olan, 23 mm-lik mərmilərlə atəş açan “İstiqlal 23”ün nümunəsi bir sıra ADEX sərgilərində nümayiş olunub. Zavodda Azərbaycan Silahlı Qüvvələri üçün 12.7 mm-lik snayper tüfəngi olan “Mübariz” (İST-12.7) də istehsal edilir.

2015 ci ildə zavodun sexlərində iki kalibrli “Vaşaq” tipli snayper tüfəngi buraxılmağa başladı ki, bu tüfəng həm NATO tipli 7.62x51, həm də 388LM (8.6mm) çaplı güllələrlə atəş aça bilir. 2017-ci ildə Serbiya Respublikasının lisenziyası ilə “Revolver” tipli 40 mm-lik əl qumbaraatanlarının da istehsalına başlanıb.

“Neftqazavtomat” elmi-istehsalat birliyi

1985-ci ildə SSRİ-nin “Neftqazavtomat” istehsalat birliyi kimi yaradılıb. Hal-hazırda əsaslı təmir olunaraq bir sıra avtomatik xətlərin istehsalı ilə məşğuldur.

Gəncə maşınqayırma zavodu

1984-cü ildə SSRİ-nin Maşınqayırma Nazirliyi tərəfindən qurulub. Hal-hazırda əsaslı təmir olunaraq rabitə vasitələrinin təmiri ilə məşğuldur.

Tərtər elektromexanik zavodu

1976-cı ildə SSRİ Radiosənayesi Nazirliyi tərəfindən Moskva Elektromexanika zavodunun filialı kimi qurulub. Hal-hazırda əsaslı təmirdən sonra radiorabitə cihazlarının təmiri ilə məşğuldur.

Xaçmaz kondensatorlar zavodu

1981-ci ildə SSRİ-nin Severo-Zadonsk elektrokondensatlar zavodunun filialı kimi qurulub. Hal-hazırda əsaslı təmirdən sonra bir sıra məhsulların buraxılması ilə məşğuldur.

Şərur radiozavodu

1981-ci ildə SSRİ-nin “Radiostroeniya” Elmi İstehsalat Birliyinə daxil olaraq Bakı radiozavodunun filialı olub. Hal-hazırda əsaslı təmir olunaraq bir sıra rabitə avadanlıqlarının istehsalı və təmiri ilə məşğuldur.

Müdafiə Sənayesi Nazirliyinin elmi-tədqiqatlar insitutu

2006-cı ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə yaradılıb. İnstitutun tərkibində ixtisaslaşdırılmış təcrübə zavodu da fəaliyyət göstərir. İnstitutun apardığı elmi işlər arasında GPS və QLONASS tuşlanması ilə FAB-50 və FAB-75 tipli aviasiya bombalarının inersiya-peyk nümunələri də var.

Azərbaycan Milli aerokosmik agentliyi

Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin balansına 2006-cı ildə daxil edilib. Agentlik ilkin olaraq SSRİ-nin Kosmik Tədqiqatlar İnstitutunun Bakı filialı olaraq (1974-cü ildə yaradılmış “Kaspi” elmi mərkəzinin yerində) qurulub. Müxtəlif hərbi və müdafiə tipli layihələrin işlənib hazırlanması ilə məşğuldur. 2017-ci ildə Azərbaycanın daxili istehsalı olan “Tufan” tipli MRAP-ların layihələndirilməsi də bu agentliyin payına düşür.

“Azad Systems”

İsrail “Aeronautics Defence Systems” və Azərbaycanın Müdafiə Sənayesi Nazirliyinin 2009-cu ildə müştərək olaraq razılaşma əsasında qurduğu bu istehsalat sahəsində pilotsuz uçuş aparatlarının istehsalı və yeni modellərin işlənib hazırlanması prosesləri aparılır.

Hazırlanma prosesi ilkin olaraq 2011-ci ildə kiçik ölçülü “Orbiter 2M” və taktiki PUA olan “Aerostar”lardan başlanıb. Bu müəssisədə son illərdə “Zərbə-KKN” tipli “kamikadze” tipli uçan qurğular da hazırlanıb. Hal-hazırda istehsal sahəsində digər son model PUA-lar istehsal olunur.

SSRİ HHM qoşunlarının keçmiş 210-cu aviasiya təmiri zavodu

Sovet dönəmində zavodda YAK-28P və MiQ-25 təyyarələrinin və onların mühərriklərinin təmiri işləri aparılırdı. Əsaslı təmirdən sonra hazırda Azərbaycan HHQ-nin təmir bazası kimi fəaliyyətdədir.

Gəncə aviasiya təmiri zavodu

SSRİ-nin 71 saylı aviasiya təmiri zavodu olaraq Mi-8 və Mi-24 helikopterlərinin və onların mühərriklərinin təmiri üzrə ixtisaslaşdırılmışdı. Hazırda isə əsaslı təmirdən sonra Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin əsas helikopter təmiri zavodu kimi fəaliyyətdədir.

Dövlət Sərhəd Xidmətinin Sahil mühafizəsinin gəmi təmiri və gəmiqayırma mərkəzi

2014-cü ildə istehsalat sahələri ilə “Israel Shipyards” şirkətinin müştərək razılaşması əsasında inşa olunaraq, bir neçə tip kater və patrul gəmilərinin istehsalı ilə məşğuldur. Bundan əlavə mərkəzdə Azərbaycan Hərbi Dəniz Qüvvələri üçün də korvetlərin hazırlanması prosesləri aparılır.

AZCAN

Azərbaycan-Kanada müştərək istehsalat birliyidir. 2016-cı ildə Kanadanın “INKAS Armored Vehicle Manufacturing” şirkəti ilə birlikdə “AZCAN Centry” tipli 4x4 aparıcısı olan zirehli maşınların istehsalına başlanıb.

Beləliklə atəşkəs dövründə Azərbaycan hərbi sənayesi ilkin addımlardan və primitiv hərbi təmayüllü məhsullardan başlayaraq, hal hazırda mürəkkəb texnologiyalı, modern silah-sursat, texnikalar, uçuş aparatları, döyüş modulları, müxtəlif növ hərbi və mülki ləvazimatlar, elektron, elektro-optik cihaz və qurğulara qədər yüksəlib.

Bu gün bir neçə adda məhsullar ixrac olunmaqla birlikdə, müxtəlif silah sənayesində yeniliklər ortaya gətirərək daha yüksək zirvələrə addımlamaqdayıq. Keçən illər ərzində Azərbaycan böyük hərbi sənaye potensialına malik olmaqla yanaşı, öz ehtiyaclarını da ödəməyə başlayıb və bu tendensiya artan templə davam etdirilir.

Mənbə:
Fırtına gözləntisində: Cənubi Qafqaz. Makienkonun redaktəsi altında. Moskva, Strategiya və Texnologiyaların Təhlili Mərkəzi.
(Ardı var...)

Hərbi ekspert Abuzər Əbilov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Azərbaycan   MSN  

Atəşkəs kontekstinə nişangahdan baxış: Azərbaycan Müdafiə Sənayesinin inkişafı – HƏRBİ EKSPERT (IV Yazı)

2019/04/42720-1555318963.jpg
Oxunub: 1360     12:50     15 Aprel 2019    