İsrail Suriyada raket bazasını vurub - FOTOLAR (VİDEO)

2019/04/90201-1555313941.jpg
Oxunub: 855     11:51     15 Aprel 2019    
İsrailli kəşfiyyat kompaniyalarından olan “ImageSatInternational” ötən həftəsonu Suriyada həyata keçirilən hava əməliyyatının nəticələrinə dair peyk görüntüləri paylaşıb.

Ordu.az İsrail KİV-lərinə istinadən xəbər verir ki, vurulan məkanın İranın Suriya ərazisində “yer-yer” raketləri istehsal etmək üçün inşa etdiyi məntəqə olduğunu güman edilir.

Fotolarda Əsəd qüvvələri tərəfindən istifadə edilən S-300 təyyarə əleyhinə batareyalar, həmçinin Rusiya ordusuna məxsus S-400 batareyaları görünür. Bildirilib ki, vurulan məntəqə raket istehsalat təsisatı olsa da, raket hissələrinin yığılması və onların dəqiqliyinin artırılması üçün də istifadə edilə bilər.

Məntəqə 2014-2016-cı illər ərzində Suriyanın buradakı hərbi bazasının qərb hissəsində inşa edilib və ondan divarla ayrılıb. Onun girişi bazadan olsa da, hazırda İran, yoxsa Suriya qüvvələri tərəfindən istifadə edildiyi tam məlum deyil.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: İsrail   Suriya   Raket-bazası  

İsrail Suriyada raket bazasını vurub - FOTOLAR (VİDEO)

2019/04/90201-1555313941.jpg
Oxunub: 856     11:51     15 Aprel 2019    