ABŞ-ın kosmos proqramı Rusiyanın mühərrikindən asılıdır

2019/04/12188-1555313802.jpg
Oxunub: 322     13:21     15 Aprel 2019    
Vaşinqton Rusiyanın RD-180 raket mühərriklərinə iqtisadi sanksiya tətbiq edə bilməz, çünki onun raket və kosmos sənayesi bundan asılıdır.

Ordu.az TASS-a istinadən xəbər verir ki, bu fikirləri Rusiya Baş nazirinin müavini Yuri Borisov səsləndirib.

“Bir halda ki, onların kosmos proqramı bundan asılıdır, niyə bu mühərriklərə sanksiya tətbiq etsinlər? Onlar bu mənada axmaq deyillər”, - deyə Borisov jurnalistin Rusiyaya qarşı tətbiq edilən iqtisadi sanksiyaların raket mühərriklərini hədəf almamasının arxasındakı səbəblə bağlı sualına cavabında deyib.

Xatırladaq ki, bir müddət öncə ABŞ-ın Kosmos Komandanlığının rəhbəri, general Con Raymond Konqresin Nümayəndələr Palatasına bildirib ki, ABŞ Silahlı Qüvvələri 2022-ci ildə RD-180 mühərriklərindən imtina edəcək.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: ABŞ   Kosmik-proqram  

ABŞ-ın kosmos proqramı Rusiyanın mühərrikindən asılıdır

2019/04/12188-1555313802.jpg
Oxunub: 325     13:21     15 Aprel 2019    