KXDR ballistik sualtı qayığın inşasına davam edir

2019/04/subma-1555313083.jpg
Oxunub: 309     19:23     15 Aprel 2019    
Şimali Koreya hələ də Cənubi Hamqyonq vilayətinin Sinpo şəhərində yerləşən gəmiqayırma tərsanəsində sualtı qayığın inşasına davam edir.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Vaşinqton mərkəzli beyin mərkəzi olan “38 North” bildirib.

Martın 23-dən aprelin 11-nə qədər əldə edilən peyk görüntülərinin araşdırılması nəticəsində sözügedən tərsanə yaxınlığında qayığın gövdəsi və ləvazimatlarına bənzəyən materiallar olduğu aşkarlanıb. Lakin həmin maddələr aprelin 5-dən sonrakı görüntülərdə olmadığından, qayığın inşasına davam edildiyi ehtimal edilir.

Qeyd edək ki, Şimali Koreya son üç il ərzində ballistik raketlər atmağa qadir sualtı qayıq üzərində çalışsa da, ABŞ və Cənubi Koreya ilə baş verən yaxınlaşmadan dolayı bu işlər dayandırılmışdı.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: KXDR   Sualtı-qayıq  

KXDR ballistik sualtı qayığın inşasına davam edir

2019/04/subma-1555313083.jpg
Oxunub: 310     19:23     15 Aprel 2019    