Türkiyə gələcəyin elektromaqnit silahını hazırlayır - "Şahi 209" (HƏRBİ EKSPERT)

2019/04/31102-13997789730.jpg
Oxunub: 1132     16:01     15 Aprel 2019    
Türkiyədə gələcəyin silahı olaraq xarakterizə edilən elektromaqnit top sistemlərinə istiqamətli işlərin müvəffəqiyyətlə davam etdirildiyi məlumdur. 2016-ci ilin may ayında Müdafiə Sənayesi Nazirliyi (SSB) ilə imzalanan layihə çərçivəsində "Yeteknoloji AŞ" tərəfindən inkişaf etdirilən "Şahi 209" elektromaqnit topunun 2017-ci ilin iyul ayında qəbul sınaqlarına başlandı. Sınaqlardan uğurla keçən relsotron SSB-yə təhvil verildi.

"Şahi 209 Blok-1" olaraq adlandırılan prototip, 3 metr lülə uzunluğuna və 1 meqacoul gücə sahib idi. Relsotron 300 qram ağırlığında boş mərmi ilə 10 kilometr məsafəyə zərbə endirə bilirdi. Fəaliyyətini yeni bir səviyyəyə daşımağa hazırlaşan "Yeteknoloji AŞ" daha yüksək enerjiyə sahib sistem komponentlərini hazırlamğa davam edərək 2018-ci ildə 5 meqacoul enerjiyə malik yeni güc mənbəyini də ictimaiyyətə təqdim etdi.

Bir neçə gün əvvəl isə şirkət və SSB-nin mütəxəssislərinin Türkiyə həbçiləri ilə birgə "Şahi 209" Blok II relsotronunun yeni sınaqlarını başa çatdırdığı məlum olub. Topun çapı 35 mm, mərminin çəkisi isə 1 kq-a çatdırılıb. Topun elektromaqnit impulsunun 25 km məsafədə yerləşən hədəfi məhv etmək üçün yetərli olduğu bildirilir. Türkiyə operatorlarının göstərdiyi videorolikdən "Şahi 209" Blok II-nin özüyeriyən şassidən atəş açdığı məlum olub.

Bu silahların fəaliyyət prinsipi fizika qanunlarına əsaslanır. Burada iki əsas element mövcuddur: qida mənbəyi olan batareya (əslində isə kondensator) və atıcı qurğu. Atıcı qurğu iki paralel cərəyan keçirici relsdən ibarətdir, buna görə də onu relsotron adlandırırlar. Keçirici relslərə güclü bir cərəyan impulsu verilir, bu zaman sanki qaynaqda olduğu kimi qısaqapanma meydana gəlir və relsotronun elektrodları arasında plazma alovlanır. Cərəyan plazma vasitəsilə bir elektroddan digərinə axmağa başlayır. Nəticədə cərəyan bütün cihaza təsir edəcək güclü bir elektromaqnit sahəsinin ortaya çıxmasına səbəb olur.

Relslər möhkəm bir şəkildə topun daxilinə sabit və sərt yerləşdirildiyi üçün orada aşağıdakı fiziki proseslər baş verir: Lorens qüvvəsi elektromaqnit sahəsindəki yüklü hissəcikləri, yəni plazmanı hərəkətə gətirməyə başlayır. Bu vəziyyətdə plazma hərəkət edə bilən yeganə elementdir. Lorens qüvvəsinə Nyutonun Üçüncü Qanunu təsir etmədiyindən onu hərəkətlənməsi yüksək sürətlə baş verir. Və plazma topun lülə kanalından çıxışa doğru hərəkət etməyə başlayır. Bu plazmanın qarışığını haqlı olaraq bəzən odlu silahda mövcud olan barıt yükünün analoqu olan "plazmalı porşen" də adlandırırlar.

Bu cür yüksək cərəyanın təsiri altındakı adi mərmi sadəcə buxarlana bilər. Buna görə də, relsotronlar yalnız toplanan kinetik enerji hesabına hədəflərə zərbə endirmək üçün nəzərdə tutulan çox odadavamlı materiallardan hazırlanan sursatlardan istifadə edir.

Ümumiyyətlə, bir çox ekspertlər hesab edir ki, relsotron mərmisiz də bir silahdır, çünki onun özü plazmanı 50 km/s-ə qədər sürətləndirə bilir. Belə ki, boş mərminin çıxışda sürəti 15 km/s-dək ola bilər. Artilleriya barıtı isə maksimum 2 km/san sürət verə bilir. Lakin burada fuqas, qəlpəli-fuqas, kasset və digər mərmilər barədə unutmalıyıq, çünki relsotronun atdığı sursat, böyük sürətə malik boş mərmidən ibarətdir. SSB layihəsində ərazi və mindən çox atəş sınaqlarında əldə edilən təcrübəyə əsasən "Şahi 209" relsotronunun sursatı da inkişaf etdirilir. Sınaqlarda maksimum məsafə və maksimum mərmi enerjisinin əldə edilməsinə xüsusi diqqət yetirilir.

Gecə-gündüz müxtəlif şəraitdə keçirilən sınaqların ilk mərhələlərində kinetik enerji ilə 5 mm-lik 10 ədəd ardıcıl polad lövhələrə uzaq məsafədən atəş açılaraq nüfuz edildi. Sonrakı sınaqlarda isə artıq 50, 70 və 96 millimetr qalınlığında zireh poladından olan homogen lövhələr müvəffəqiyyətlə dəlindi.

Elektromaqnit relsotronun inkişafında müxtəlif yeni funksiyalara sahib sursatın tətbiqi istiqamətində çalışmalar davam etdirilir. Relsotronun quruluşunu və imkanlarını araşdırdıq, onun döyüş tətbiqindən danışmaq isə hələ tezdir. İndi isə müsbət və mənfi cəhətlərinə diqqət edək.

Əvvəlcə müsbət cəhətləri barədə:

1. Mərminin 10 km/s-ə qədər böyük sürəti. Bunu artırmaq da mümkündür, lakin ehtiyac yoxdur. Havanın müqaviməti, həddən artıq qızma və s. problemlər əmələ gətirə bilər.

2. Nüfuz etmə qüvvəsi. Sürət hesabına bu mərminin istənilən zirehə nüfuz edəcəyi gerçəkdir. Böyük ehtimalla, hətta aktiv mühafizə belə kömək etməyəcək, çünki onun daxilindəki partlayıcı maddə reaksiya verməyə çatdırmayacaq.

3. Uzaq məsafəyə zərbə. 8-9 km-lik məsafəni mərmi bir saniyədən az müddətdə qət edir. Bu əhəmiyyətli bir sürətdir, belə bir zərbədən qırıcının yayınması belə real deyil. Tank haqqında isə düşünmək belə kədərlidir. Bundan əlavə relsotrondan atəş açarkən hədəfalma daha asandır. Uzaq məsafələrə atəş açanda belə küləyə və hədəfin sürətinə görə atəş göstəricilərinə düzəliş etməyə gərək yoxdur. Bu problemləri mərminin sürəti həll edir.

4. Atəş məsafəsi. Ekspertlər relsotronların 300 km məsafədə effektiv şəkildə istifadə oluna biləcəyinə inanırlar. Bir tərəfdən onların raketlərə rəqib olacağı görünür, digər tərəfdən isə relsotron mərmisi ilə nöqtə zərbəsi endirmək hələlik mümkün deyil.

5. Sursatın ucuzluğu və sadəliyi. Alüminium kapsulda volfram mərmi çox bahalı deyil. Daxildə partlayıcıya da ehtiyac yoxdur, çünki bu partlayıcı elə startda işə düşəcək. Mərmilərin ucuzluğu və saxlanma rahatlığı asanlıqla relsotronun qiyməti ilə sıfırlanır.

Relsotronun bəzi qüsurları da mövcuddur:

1. Güc qaynaqları. Bu zəif bir nöqtədir, çünki relsotron özünü elektrik stansiyasının yaxınlığında daha yaxşı hiss edə bilər. Atışları təşkil edən kondansatorların batareyaları daim doldurulmalıdır. Mövcud qurğuların gücünün təxminən 25 MVt olduğunu nəzərə almalıyıq.

2. Qiymət. Burada sursatın dəyəri haqqında deyil, topun lüləsinin dəyəri haqqında danışmaq lazımdır. Plazmanın təsiri praktik olaraq lüləni yandırır. Min ədəd atəş hələlik lülələr üçün xəyal hesab edilir. Bəzi məlumatlara görə, lülənin qiyməti ilə bir atəşin dəyəri təxminən 25000 dollardır. Bu rəqəm isə yalnız tank və ya təyyarə kimi bahalı vasitələri məhv etmək üçün böyük rəqəm hesab edilməyə bilər.

3. Maskalanma. Burada həqiqətən də ciddi çatışmazlıq mövcuddur və vəziyyət heç də asanlıqla düzələnə oxşamır. Relsotron elə ilk atəşdə özünü yüksək elektromaqnit şüalanmasının mənbəyi vasitəsilə bəlli edir. Başqa tərəfdən isə qızmar plazma lülədən çıxan anda genişlənir və gurultulu partlayışa səbəb olur.

Ümumiyyətlə, relsotronları hələlik döyüş silahı hesab etmək tezdir. Relsotronların eksperimental modelləri artıq mövcuddur və onlar inkişaf edir. Lakin müəyyən problemlər həll edilməlidir. Bu silahların döyüş gəmilərinə quraşdırılması daha real görünə bilər, çünki döyüş gəmilərinin mühərrikinin istehsal etdiyi enerji belə bir qurğunun fəaliyyətinə imkan verir, lakin görünməzlik mahiyyəti ilk atəşdən sonra yoxa çıxır və gəmi ilk atəşdən sonra bütün radarların ekranlarında görünməyə başlayır. Bu problemlərin aradan qaldırılması ilə elektromaqnit silahların istifadə sahələrinin genişlənəcəyi və onların quru, dəniz və hava vasitələrində döyüş tətbiqinə imkan veriləcəyi ehtimal edilir.

Hərbi ekspert Ədalət Verdiyev
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Türkiyə   Relsotron   Şahi-209  

Türkiyə gələcəyin elektromaqnit silahını hazırlayır - "Şahi 209" (HƏRBİ EKSPERT)

2019/04/31102-13997789730.jpg
Oxunub: 1135     16:01     15 Aprel 2019    