Ermənistanda “1000 dram” fonduna daxilolmalar azalıb – Paşinyan AŞPA-da yalan danışdı

2019/04/image-1555152947.jpg
Oxunub: 399     17:55     13 Aprel 2019    
Ermənistanın Baş naziri Nikol Paşinyan AŞPA-da çıxış zamanı qeyd edib ki, Ermənistanda son 10 ay ərzində pərdəarxasından aşkar edilərək 50 mindən çox iş yeri yaradılıb.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bundan əvvəl də Paşinyan 30 min iş yerinin kölgədən üzə çıxarıldığını qeyd edirdi.

Paşinyanın bu dedikləri “1000 dram” adlandırılan fondun gəlirlərində 50 milyon əlavə gəlir olaraq öz əksini tapmalı idi. Lakin hərbçilərə yardım fondu olan “1000 dram” fondundan bildirilib ki, əksinə fonda daxilolmalar artmaq əvəzinə azalıb.

Baş nazirin 35 min, onun köməkçisi tərəfindən 38 min, daha sonra Strasburqda 50 min nəfərin kölgə iqtisadiyyatından üzə çıxarılaraq hüquqi sahəyə qaytarıldığı bildirilməsinə baxmayaraq, istənilən halda 2018-ci ildəki göstəricini əldə etməyin çətin olacağı qeyd edilir. Onun fikrincə, heç bir ayda 50 milyon dram fonda əlavə vəsait daxil olması qeydə alınmayıb.

“Ən çox avqust ayında olmaqla 30 min nəfər əlavə olunub. Ən pis nəticə isə mənfi 60 min nəfər olub. Bir sözlə ya 60 min nəfər işdən çıxıb, yaxud da kobud desək, 60 min nəfər fonda ödəniş etməkdən imtina edib”, - deyə Manukyan bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan   1000-dram  

Ermənistanda “1000 dram” fonduna daxilolmalar azalıb – Paşinyan AŞPA-da yalan danışdı

2019/04/image-1555152947.jpg
Oxunub: 400     17:55     13 Aprel 2019    