Hərbi qulluqçuların ölümü niyə qətl yox, intihar kimi qələmə verilir?| Erməni parlamentində görüş

2019/04/46501-1555151713.jpg
Oxunub: 986     14:21     13 Aprel 2019    
Ermənistan parlamentinin Müdafiə və Təhlükəsizlik Məsələləri üzrə daimi komissiyanın sədri Andranik Koçaryan ötən gün sülh şəraitində ölən hərbi qulluqçuların yaxınları ilə görüşüb.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, görüşdə 2017-ci ildə ölən intihar kimi qeydə alınan, kapitan Andranik Mkrtçyanın atası Armen Mkrtçyan, intihar edildiyi deyilən hərbi qulluqçu Artur Qasparyanın anası, 4 il əvvəl hərbi akademiyda öldürülən Haykaz Barseğyanın atası, arkadi Barseğyan və intihar kimi qeyd edilən digər hərbi qulluqçu Arsen Mxitaryanın atası Artur Mxitaryan, həmçinin İnsan Hüquqları naminə Jurnalistlər İctimai Birliyinin vəkili Hayarpi Sarkisyan da iştirak edib.

Andranik Koçaryan hərbi qulluqçuların ölüm faktları üzrə hazırda davam edən istintaq prosesi barədə məlumat verib. Vəkil müxtəlif ölüm faktları üzrə aparılan ekspertizaların nəticələri və icraat orqanları tərəfindən faktlara laqeyd yanaşılmasından şikayət edildiyini, bəzi faktların isə saxtalaşdırıldığına dair sübutlar da təqdim edildiyini bildirib. Eyni zamanda artıq kapitan Andranik Mkrtçyanın ölüm faktının düzgün istiqamətdə araşdırılmadığı vurğulanıb.

Onun adından yazılan əl yazmanın saxta olduğu və müstəqil ekspertlərin bunu təsdiq etdiyi qeyd edilib. Vəkilin sözlərinə görə, digər ölən hərbi qulluqçu Artur Qasparyanın işi üzrə ətraflı müzakirə aparılıb.

Hərbi qulluqçu Levon Torosyanın anası komissiya sədrinə bildirib ki, o, oğlu ilə telefonla danışarkən “Ana, ana, məni aparırlar” deyə bağırtısını eşitdiyini, lakin hüquq-mühafizə orqanları təəfindən bu məqamın nəzərə alınmadığından narazılığını ifadə edib.

Davit Kamalyanın atası sənəd probleminə görə iclas yerinə daxil ola bilməsə də, öz şikayətini təqdim edə bilib. O, oğlunun əlillik dərəcəsinin dəyişdirilməməsindən şikayətlənib. Vəkil əldə olan aydın faktların olmasına baxmayaraq, hüquq-mühafizə orqanlarının qətl hadisələrini niyə intihar kimi qeydə aldığını anlamaqda çətinlik çəkdiklərini qeyd edib.

“Hərbi hissələrdə baş verən hadisələrlə bağlı Müdafiə Nazirliyinin yardım etməli olduğu halda, prokurorluq tərəfindən təcrid edilib. MN daxilində də cəzasızlıq hökm sürür. Kifayət qədər əldə olan dəlillərə əsasən bir çox hallarda məhz zabitlər potensial şübhəlilərdirlər”, - deyə erməni vəkil ifadə edib.

Şikayətçi əsgər valideynlərini təmsil edən vəkil Hayarpi Sarkisyan hazırda problemin Ermənistan Müdafiə Nazirliyi ilə bağlı olduğunu qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan-ordusu   Zorakılıq   İntihar   Etiraz  

Hərbi qulluqçuların ölümü niyə qətl yox, intihar kimi qələmə verilir?| Erməni parlamentində görüş

2019/04/46501-1555151713.jpg
Oxunub: 987     14:21     13 Aprel 2019    