Hindistan döyüş gəmilərinin dizaynı üçün virtual reallıq mərkəzi açacaq

2019/04/India-1555142802.jpg
Oxunub: 407     17:23     13 Aprel 2019    
Hindistan hökumətinin “Hindistanda hazırla” proqramı çərçivəsində ölkə donanması Dəniz Dizayn İdarəsi nəzdində virtual reallıq mərkəzi istifadəyə verib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, mərkəz barəsində donanma komandanı, admiral Sunil Lanba məlumat verib.

Onun sözlərinə görə, bu layihə döyüş gəmilərinin dizayn və erqonomiklərini yaxşılaşdırmaq məqsədilə dizaynerlərlə son istifadəçilər arasında davamlı əlaqəni təmin edəcək.

Qeyd edək ki, adıçəkilən idarə 1960-cı ildə yaradılıb və o vaxtdan etibarən Hindistan HDQ-nin yerli döyüş gəmisi dizayn və inşaası ilə bağlı əhəmiyyətli nəticələr əldə edib. İdarənin komandası bu vaxta qədər uğurlu 19 döyüş gəmisi dizaynı hazırlayıb ki, bunlar əsasında 90-dan çox platforma istehsal edilib.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Hindistan   HDD  

Hindistan döyüş gəmilərinin dizaynı üçün virtual reallıq mərkəzi açacaq

2019/04/India-1555142802.jpg
Oxunub: 408     17:23     13 Aprel 2019    