ABŞ ballistik təhdidlərə qarşı 1,2 milyard dollarlıq satış həyata keçirəcək

2019/04/45645-1555139946.jpg
Oxunub: 412     16:38     13 Aprel 2019    
ABŞ Dövlət Departamenti Yaponiyaya ballistik raketdən müdafiə məqsədilə istifadə ediləcək raketlərin əlavə satışına yaşıl işıq yandırıb.

Ordu.az “Defense News”a istinadən xəbər verir ki, budəfəki – üçüncü satış paketinin dəyəri 1,2 milyard dollardır.

Bu paketə 56 ədəd SM-3 “Block IB” raketləri də daxildir. Bunlar gəmiyə quraşdırılan raket sistemidir və ondan qısa-orta mənzilli ballistik raketlərin zərərsizləşdirilməsində istifadə edilir. SM-3-də ikirəngli infraqırmızı axtarıcılar, mövqeyə nəzarət sistemi və s. üstünlüklər mövcuddur.

Yaponiyanın altı ədəd “Aegis” esminesi var ki, ballistik təhdidlərə qarşı bu raketlərdən istifadə etmə imkanına malikdir. Ötən ilin sentyabrında bu gəmilərdən biri sınaq zamanı SM-3-lə ballistik hədəfi uğurla məhv etdi.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: ABŞ   Aegis  

ABŞ ballistik təhdidlərə qarşı 1,2 milyard dollarlıq satış həyata keçirəcək

2019/04/45645-1555139946.jpg
Oxunub: 413     16:38     13 Aprel 2019    