Rusiya AE-nin generalı: “S-500-lər demək olar ki hazırdır”

2019/04/43534-1555136341.jpg
Oxunub: 864     13:12     13 Aprel 2019    
“Rusiya Silahlı Qüvvələri tezliklə çox sayda ən yeni havadan müdafiə sistemlərini əldə etməyə başlayacaq”.

Ordu.az Rusiya KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Rusiya Aerokosmik Qüvvələri komandanının müavini, general-leytenant Yuri Qrekov danışıb.

O bildirib ki, S-300 və S-400-lərin xələfi hesab edilən S-500-lərin təkmilləşdirilməsi sonuncu mərhələyə qədəm qoyub. Bu mərhələdə isə bir neçə radar sisteminin təkmilləşdirilməsi nəzərdə tutulub.

Onun sözlərinə görə, Rusiya AQ yaxın zamanlarda həm də S-350 sistemlərinin əldə edilməsinə başlayacaq. S-350-nin əsas tapşırığı inzibati-siyasi mərkəzlərin, ən vacib obyektlərin və ölkənin regionlarının kütləvi hava hücumlarından, taktiki və operati-taktiki ballistik raketlərdən müdafiə etməkdir.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Rusiya   S-400   S-350  

Rusiya AE-nin generalı: “S-500-lər demək olar ki hazırdır”

2019/04/43534-1555136341.jpg
Oxunub: 865     13:12     13 Aprel 2019    