Rusiya donanması Qara dənizdə təlim keçirib

2019/04/10451-1555136164.jpg
Oxunub: 586     10:32     13 Aprel 2019    
Rusiya Hərbi Dəniz Qüvvələrinə məxsus hərbi gəmilər döyüş və təlim tapşırıqlarını həyata keçirmək məqsədilə Qara dənizə daxil olub.

Ordu.az “Sputnik”ə istinadən xəbər verir ki, bu barədə Rusiya HDQ-nin Qara dəniz filotiliyasının mətbuat xidməti məlumat yayıb.

Bəyanatda bildirilir ki, gəmilər NATO-nun “Dəniz Qalxanı 2019” hərbi təlimi ərzində həmin bölgələrdə sualtı, suüstü və havadakı vəziyyətə nəzarət edəcək.

Xatırladaq ki, Rusiya Müdafiə Nazirliyi bazar ertəsi bəyan edib ki, Rusiyanın Qara dəniz filotiliyası NATO-nun buradakı təlimləri zamanı meydana gələ biləcək fövqəladə vəziyyətlərlə əlaqədar öz gəmilərini yerləşdirəcək.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Rusiya   Qara-dəniz   Təlim  

Rusiya donanması Qara dənizdə təlim keçirib

2019/04/10451-1555136164.jpg
Oxunub: 587     10:32     13 Aprel 2019    