Kim Çen In Trampa ilin sonuna qədər vaxt verib

2019/04/12188-1555135992.jpg
Oxunub: 571     13:54     13 Aprel 2019    
Şimali Koreya lideri Kim Çen In ABŞ prezidenti Donald Trampa öz mövqeyini dəyişmək üçün bu ilin sonuna qədər vaxt verib.

Ordu.az TASS-a istinadən xəbər verir ki, o, ilin sonuna qədər öz səbrini qoruyacağını və ABŞ prezidentini gözləyəcəyini söyləyib.

“Bizim yenidən sonuncu görüşümüzdə olduğu qədər yaxşı fürsət əldə etməyimiz çox çətin olsa da, bu ilin sonuna qədər səbirli olacaq və ABŞ prezidentini gözləyəcəm”, - deyə o vurğulayıb.

O əlavə edib ki, mümkün üçüncü sammit əlaqələrin inkişafı üçün konstruktiv qərarları zəruri edir.

“Əgər ABŞ və Şimali Koreya uyğun mövqe və həll təklifləri ilə üçüncü sammit təşkil etmək istəyirsə, onda biz son bir şans verə bilərik”, - deyə Xalq Ali Yığıncağının üzvləri qarşısında çıxış edən Kim Çen In ifadə edib.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: KXDR   Tramp  

Kim Çen In Trampa ilin sonuna qədər vaxt verib

2019/04/12188-1555135992.jpg
Oxunub: 572     13:54     13 Aprel 2019    