“TRIADA gedişi” heç də uğurla nəticələnməyəcək: “Aerospace” Ermənistana niyə gəlir? – ARAŞDIRMA (EKSPERT)

2019/04/c2311-1555137468.jpg
Oxunub: 3568     10:21     13 Aprel 2019    
Bu yaxınlarda KİV-lərdə Rusiyanın “ADA Aerospace” şirkətinin Ermənistanda yeni istehsal sahəsi yaratmaq niyyəti barədə məlumatlar yayıldı. Məlumatlara görə, şirkət ilk öncə İrəvanı TRIADA adlı konvertoplanları ilə təchiz edəcək.

Qeyd edək ki, şirkət 2012-ci ildə yaransa da, 2015-ci ildən əsaslı fəaliyyətə başlayıb. “ADA Aerospace” şirkətinin yeni nəsil PUA-ların layihələndirilməsi və istehsalı ilə məşğul olduğu bildirilir. Şirkətin Türkiyə, İsrail, Bolqarıstan və Almaniyada nümayəndəlikləri mövcuddur.

Şirkətin TRIADA konvertoplan ailəsinin Baş konstruktoru A.A.Sabadaş və onun müəllimi, 15 il “Ansat” helikopter proqramının aparıcı konstruktoru olan V.V. Dvoeqlazovdur.

Bu konvertoplanların əsas tətbiq istiqamətlərinə aşağıdakılar daxildir:

- Məhdud yüklərin çatdırılması;
- Yerin uzaqdan çəkilişi;
- Fövqəladə hallar;
- Təhlükəsizlik;
- Rabitə;
- Monitorinq;
- Hava çəkilişi;
- Kənd təsərrüfatı;
- Təbiəti mühafizə.

“ADA Aerospace” şirkətinin rəsmi saytının strukturuna nəzər saldıqda, onun aviasiya və maşınqayırma, süni intellekt, enerji, sığorta, telekommunikasiya, kosmik, müdafiə və bulud texnologiyaları sahəsində bir sıra yüksək texnologiyalı filialları əhatə etdiyi bildirilir. Bu təsirli səslənir, lakin əslində, “ADA Aerospace” veb-saytında müvafiq filiallara daxil olduqda holdinqin heç də bəyan etdiyi bölmələr üzrə istehsal məhsullarına sahib olmadığı məlum olur. Türkiyədə, İsraildə, Bolqarıstanda və Almaniyada nümayəndəliklər barədə də açıq mətbuatda məlumatlar mövcud deyil.

Deməli ilk tanışlıqdan şirkət ən yaxşı halda özünü olduğundan böyük göstərməyə, sanki bu istiqamətdə inkişaf etməyə hazır olduğunu bəyan eməyə, əslində isə səhifəsinə daxil olan oxucunu, istehsal etmədiyi məhsullarının və tabeliyində olan törəmə şirkətlərinin adı, o cümlədən çoxluğu ilə aldatmağa cəhd edir. Qısası şirkətlə ilk virtual tanışlıq məndə mənfi təəssürat yaratdı.

Rusiyanın “ADA Aerospace” şirkətinin əsas aviasiya konstruktor laboratoriyası Tatarıstan Muxtar Respublikasının paytaxtı Kazan şəhərində yerləşir. Keçən ilin sonunda şirkətin 200 milyon dollar müqabilində Nyu York şəhərində TRİADA konvertoplanının istehsalı ilə məşğul olacağı və min nəfərlik əməkdaşın çalışacağı zavodu açmağı planlaşdırması barədə məlumatlarla tanış oldum. Şirkət rəhbərliyinin sözlərinə görə, hələlik danışıqlar gedirv və konkret nəticə əldə edilməyib.

Şirkətin ABŞ-a belə bir böyük rəqəm təklif edilməklə dəvət olunması çox şübhəlidir. Birincisi bunu ABŞ tərəfi təsdiqləmir, ikincisi ortada bir sənəd, hətta niyyət protokolu belə yoxdur, üçüncüsü istənilən Rusiya şirkəti ən azı 50 dəfə böyük olan ABŞ bazarına, həm də 200 milyonluq kompensasiya ilə böyük məmnuniyyətlə və “başıaçıq-ayaqyalın” qaçardı, dördüncüsü isə Rusiyanın bu gün yeni texnologiya adı ilə istehsal etdiyini, ABŞ 30 il əvvəl yeniləyib.

Düşünürəm ki, belə bir informasiya yaymaqla şirkət rəhbərliyi reytinq qazanmaq və əlavə xam müştəri əldə etmək niyyətini əsas götürüb. Ermənistanın da bu “tələyə” düşməsi şirkətin marketinq məsələsində bacarıqlı mütəxəssisə sahib olmasının göstəricisidir. Çünki heç bir normal şirkətin 200 milyon kompensasiya təklif edən və 4 trilyon dollar büdcəsi olan ABŞ-ı 6 ay qapıda gözlədib, əvəzində 3 milyarddan az büdcəyə malik, blokadada olan Ermənistandan yapışması heç bir sağlam məntiqə sığmır. Xatırladım ki, ABŞ-ın istifadəsində 2013-cü ildən “Titan Aerospace” şirkətinin günəş enerjisi ilə çalışan, 20 km yüksəklikdə 5 il fasiləsiz uça bilən PUA-ları mövcuddur. Onların 3-5 saat uçuş müddətinə malik PUA-ların ölkəyə gətirilməsi və buna görə də 200 milyon dollar ayrılması sadəcə ağ yalandır.

Bir az da araşdırdıqda məlum olur ki, şirkətin Arktika iqlimi üçün nəzərdə tutulan PUA-ları soyuq iqlimə malik ölkələrdən birinin ordusu tərəfindən əldə edilib. Bu PUA-lardan əsasən aysberqlərin hərəkət istiqamətini izləmək, xilasetmə əməliyyatlarına dəstək, Artktik şelfdə buzların hərəkətini müşahidə etmək və ekoloji monitorinq həyata keçirmək üçün istifadə ediləcəyi ehtimal edilir. Belə bir xoş məramla PUA-dan istifadə edəcək ölkənin adının açıqlanması normalda doğru addım hesab edilməli və şirkətə böyük divident gətirməli idi. Lakin belə bir addımın atılmaması məlumatların piar xarakterli olmasını düşünməyə əsas verir.

Şirkət rəhbərliyindən bu qədər geniş profilə sahib holdinqin bazarda tanınmama səbəbini soruşduqda isə əksinə onların piar və reklam məsələlərinə münasibətinin nisbətən soyuq olduğu üçün məhsullarının geniş ictimaiyyət kütlələri tərəfindən tanınmadığını bildirirlər. Təbii ki, bunlar həm təzad təşkil edir, həm də qəribə səslənir, çünki keyfiyyətli və unikal məhsullar piarsız da tanınır. 3 dəqiqəlik rolik hər cür piarı və reklamı əvəz edə bilər.

Ermənistan hakimiyyətinin verdiyi vədləri yerinə yetirmək üçün son aylarda ölkəyə xarici şirkətlərin, xüsusilə də hərbi sənaye müəssisələrinin gətirilməsi üçün dəridən-qabıqdan çıxdığını görürük. Görünür, çox vurnuxduqdan sonra Rusiyanın “ADA Aerospace” şirkətinin Ermənistanda istehsal sahəsini açması barədə razılığa gəlinib. Əslində Rusiya şirkətləri üçün Ermənistan xarici ölkə deyil. Hələ ki, Ermənistanın Rusiyaya olan silah borclarını qaytarmadığına görə ölkənin ən böyük dövlət müəssisələri Rusiyanın nəzarətinə keçib. Son aylarda şıltaqlıq edən sonbeşiyə bənzəyən Ermənistanın maliyyə imkanlarından xəbərdar olan “ADA Aerospace” şirkəti də əvvəlcə məhsullarının bir qismini Ermənistana satmağı, sonra isə istehsal sahəsi yaratmağa razı olub. 4.5 milyon dəyəri olan müqavilə çərçivəsində Ermənistan yeni zavodun qurulmasına qədər bu şirkətin TRIADA MK II və TRIADA MK III konvertoplanlarını əldə etməlidir.

“ADA Aerospace” TRİADA konvertoplan ailəsini 3 modeldə istehsal edilir. Bunlara TRIADA MK I, TRIADA MK II və TRIADA MK III aiddir. İlk model xüsusiyyətlərinə görə, ən zəifi hesab edilir və Ermənistan tərəfindən əldə edilməsi nəzərdə tutulmur. Əgər hər bir şey Ermənistan üçün uğurla başa çatarsa, ordumuz gələcəkdə Qarabağ hərbi teatrında ermənilərin istifadəsində olan, konkret olaraq TRİADA konvertoplan ailəsinin iki nümayəndəsi ilə qarşılaşa bilər. Bu qarşılaşmanın heç kim üçün sürpiriz olmayacağını bildiyimiz təqdirdə belə, yenə də bu aparatlarla aidiyyatı üzrə hərbi və texniki personalı məhdud imkanlarımız daxilində məlumatlandırmağı özümüzə borc bildik.

Qeyd etdiyimiz kimi, holdinqin yeganə spesifik məhsulları üç nəsildə təqdim olunan TRİADA konvertoplanlarıdır. TRİADA-nın son versiyası saatda 200 kilometr sürətə çata bilir, həmçinin onun insan siluetini 98.5% ehtimalı ilə müəyyən edərək tanıyan “ultrahəssas sensorlar” ilə təchiz olunduğu iddia edilir. Əvvəlcə mülki məqsədlər üçün istehsal edilən konvertoplanlara sonradan hərbçilər də maraq göstərməyə başlayıb.

İstehsalçıya görə, MK III modeli MK II-dən əsasən havada dönmə mexanizminə, və sabitləşdirici alqoritmlərinə görə fərqlənir ki, bunlar da ona havada mümkün qədər səmərəli və sabit işləməyə imkan verir. Bu qısa zaman ərzində təyyarə rejimindən helikopter rejiminə keçmək, eyni zamanda üfiqi şəkildə sürətlə uçmaq mümkün olur.

Lakin konvertoplanın uçuş görüntülərinə baxdıqda küləksiz, dumansız, yağmursuz gözəl bir yaz havasında və aşağı yüksəklikdə belə aparatın titrəyişlərlə qeyri-sabit bir uçuş performansı nümayiş etdirdiyi məlum olur.

Elan olunan xüsusiyyətlərin heç də reallığa tam uyğun gəlmədiyini şirkətin özü saytında yerləşdirdiyi videoçarxla təkzib etdiyinə görə bu məsələlərin üzərində dayanmağa ehtiyac qalmır. Lakin bu anlaşmada yalnız saxtakar satıcı yox, həm də alıcıdır. Sonuncu barədə ətraflı arqumentlər gətirmək üçün əvvəlcə əldə ediləcək məhsulların əldə edilməsi şərtləri və məqsədləri, sonra isə onların TTX-sı ilə yaxından tanış olmaq vacibdir.

Müqaviləyə görə, TRİADA MK II vasitələrinin ilk partiyası 2019-cu ildə Ermənistanın Fövqəladə Hallar Nazirliyinə çatdırılacaq. Konvertoplanın TRİADA MK III modellərindən ibarət ikinci partiyası 2020-ci ilin sonunda çatdırılacaq. Ümumilikdə, “ADA Aerospace” şirkətinin erməni tərəfdaşlarına neçə aparat satacağı bəlli deyil.

Çatdırılma məbləği öncədən tam ödənildikdən sonra aparatlar ermənilərə veriləcək. Birgə istehsal isə Ermənistan ordusunun PUA sahəsində çatışmazlıqlarını aradan qaldırmaq məqsədilə yaradılan “ProMAQ” şirkətlər qrupu ilə həyata keçiriləcək.

Bu konvertoplanların rəsmən kənd təsərrüfatı, meşə və suyun mühafizəsi, meşə yanğınlarının xəbərdar edilməsi, bitki mühafizəsi məhsullarının ərazilərə səpilməsi, axtarış və xilasetmə, ilk tibbi yardım, yük çatdırılması və monitorinq kimi məqsədlərlə istifadə ediləcəyi bildirilir.

İstehsalçı tərəfindən TRİDA modellərinin naviqasiya və elektromaqnit şüalanma mənşəli maneələrə qarşı dayanıqlı olduğu iddia edilir. QLONASS, GPS, “Beidou”, INS və “Optika” naviqasiya sistemlərindən istifadə edə bilir.

Konvertoplanın xilas edilməsi və ya yerə endirilməsi üçün pnevmatik paraşüt sistemindən istifadə edilir. Rəqəmsal LTE/3G/GSM rabitəsindən, alternativ 2.4 GHz - 3.5 GHz tezlikli rabitədən və “Bluetooth”dan istifadə edilir. Stereo görüntülər “Sony IMX135” kameraları ilə təmin edilir.

TRIADA MK II və TRIADA MK III konvertoplanlarının istismar, texniki uçuş (ilk göstərici TRIADA MK II-yə, ikinci göstərici isə TRIADA MK III-ə aiddir) xüsusiyyətləri:

- Aparatların buraxılması üçün uçuş meydançasına ehtiyac yoxdur;
- Hər ikisi əldən və ya avtonom meydançadan buraxılır;
- Yerə enməsi avtomatik rejimdə baş verir;
- IP 56 və IP 67 səviyyəsində toz və nəmdən qorunur;
- Küləyə qarşı müqaviməti 17 m/s və 19 m/s;
- Uçuş resursu 1600 saat və 2000 saat;
- Fəaliyyət temperaturu -40/+40 və -45/+45;
- Enerji tutumu 360-1200 Vt*s; 540-30004 Vt*s;
- Uçuş müddəti 2.5-8 saat; 5-22 saat;
- Asılma müddəti 1.5-5 saat; 1.8-10 saat;
- Uçuş məsfəsi 200-660 km; 300-1650 km;
- Maksimum uçuş hündürlüyü 8 km və 10 km;
- Kreyser sürəti 65 km/s və 72 km/s;
- Maksimum sürəti 180 km/s və 200 km/saat;
- Qida mənbəyi Li-Fe-Po, Li-Po, Li-Ion, DYM və Li-Fe-Po, Li-Po, Li-Ion, DYM və H2;
- Ehtiyat yüklənmə batareya növünə görə TRIADA MK II üçün 16 300 mAs-dan 54 500 mAs-a qədər; TRIADA MK III üçün 24 000 mAs-dan 130 000 mAs-a qədər;
- Mühərrik növü BLDCM;
- Aparatın çəkisi 4.6 kq və 6 kq;
- Daşınan faydalı yük 7 kq və 15 kq;
- Daşına bilən faydalı yük növünün sayı 20 və 34 (əlavə olaraq dron sürüsü də daşına bilər).
- Qanad açılımı 1.6 m və 2 m;
- Konteyner ölçüləri (uzunluğu * eni * boyu) 1 m * 0.3 m * 0.4 m; 1.2 m * 0.4 m * 0.6 m.

Lakin konvertoplanların rəsmi tətbiq sahələri barədə qeyd olunanları texniki uçuş xüsusiyyətləri ilə tutuşdurduqda bəzi anlaşılmazlıqlar yaranır. Onları qısa olmasa da izah etməyə çalışacam.

Tarlaya dərman səpmək və su hövzələrinə nəzarət etmək üçün uçuş meydançası tələb etməyən, cəmisi 15 kq yük daşıya bilən, lakin 8 və 10 km yüksəklikdə və 400 km məsafəyə uçmaq imkanına malik PUA-ya nə gərək var? 15 kq-lıq hansı dərman, 400 km məsafədə yerləşən nə qədər ərazini dərmanlaya bilər? 10 km yüksəklikdən səpilən bitki mühafizəsi məhsulunun hansı əraziyə düşəcəyini təsəvvür edirsiniz? Və ya ilk tibbi yardım üçün göndərilən dərmanların 10 km yüksəklikdə nə işi var? Yoxsa meşə yanğınları yalnız bu yüksəklikdən müşahidə edilə bilir? “Qulaqdan asılan vermeşilə” bənzəyən bu yalanlardan hamı, o cümlədən ermənilərin özləri də cana doyub.

Ermənistanın istehsal və istifadə etdiyi PUA-lar arasında 5-10 kiloqram çəki ilə kiçik sinif dronlara aid “Photobot”, “Supercam S-300M”, “Supercam S-350” “Krunk”, “Hreeş” və “Baze” tipli aparatlar mövcuddur. Nisbətən böyük “Krunk-25-1”, “Krunk-25-2” ,“Azniv” və X-55 istehsalçının məlumatına görə bir çox göstəricilərinə görə TRİADA modellərindən çox da geri qalmır, əksinə daşıdığı faydalı yükün miqdarına görə onları bəzən “üstələyir”. Ermənistan PUA-larının bir neçəsi xarici görünüşünə görə Rusiya və İsrail modellərinə bənzədilib. Ermənistanın açıqladığı məqsədlərin yerinə yetirilməsi yerli PUA-ların vasitəsilə həyata keçirilə bildiyi halda, ölkənin çətinliklə digər ölkələrdən əldə etdiyi məhdud vəsaitləri yeni aparatların alınmasına sərf etməsi maraq doğurmaya bilməz.

Yeni alınacaq konvertoplanların texniki xüsusiyyətlərini Ermənistanın istehsal etdiyi aparatlarla qarşılıqlı müqayisə etdikdə, sonuncuların yalnız uçuş yüksəkliyi göstəricilərində geri qaldığı məlum olur. TRİADA aparatları 8-10 km-də, Ermənistan PUA-ları isə 4000 metrə qədər yüksəklikdə fəaliyyət göstərir. Azərbaycanın silahlanmasında olan DZRK-ların erməni PUA-larının tətbiqinə ciddi məhdudiyyətlər tətbiq etdiyi məlumdur. DZRK-larımız tərəfindən erməni PUA-larının məhv edilməsinin qarşısını almaq və PUA-ların nisbətən geniş fəaliyyətinə şərait yaratmaq üçün Ermənistan TRİADA aparatlarının alınmasına məcbur olub. Bu müqavilənin də bağlanmasının əsas səbəbi məhz budur.

Xatırladaq ki, Ermənistanın əvvəllər də Fövqəladə Hallar Nazirliyi üçün Rusiyadan aldığı “Ptero-5” PUA-larını az müddətdən sonra zərbə tipli aparatlara çevrirərək erməni ordusunun silahlanmasına daxil etməsi faktlarına rast gəlmişik. Bu dəfə də eyni mənzərənin müşahidə olunacağı gözlənilir.

Hərbi ekspert Ədalət Verdiyev
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: TRİADA   ADAAerospace   Ermənistan  

“TRIADA gedişi” heç də uğurla nəticələnməyəcək: “Aerospace” Ermənistana niyə gəlir? – ARAŞDIRMA (EKSPERT)

2019/04/c2311-1555137468.jpg
Oxunub: 3571     10:21     13 Aprel 2019    