İsrail Suriyanı yenidən bombalayıb

2019/04/p06yp-1555132874.jpg
Oxunub: 613     09:12     13 Aprel 2019    
İsrail Suriyanın mərkəzi hissəsində yerləşən Həma vilayətində hərbi hədəfləri bombardman edib.

Ordu.az SANA-ya istinadən xəbər verir ki, bu barədə adının açıqlanmasını istəməyən hərbi rəsmi bildirib.

Onun sözlərinə görə, bu gün erkən saatlarında baş verən hücum Həmanın Məsyaf qəsəbəsi yaxınlığında həyata keçirilib. İsrail Müdafiə Qüvvələrinə məxsus döyüş təyyarələri Livanın hava məkanından Suriyaya raketlər atıb.

Bu raketlərdən bir neçəsinin zərərsizləşdirildiyi bildirilsə də, onların bəziləri öz hədəflərinə dəyib, nəticədə azı 3 nəfər yaralanıb və çox sayda məntəqə dağıdılıb.

Hələlik İsraildən bununla bağlı açıqlama edilməyib. İsrailin açıqladığı sonuncu belə hücum ötən ayın sonlarında baş tutmuşdu.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: İsrail   Suriya  

İsrail Suriyanı yenidən bombalayıb

2019/04/p06yp-1555132874.jpg
Oxunub: 614     09:12     13 Aprel 2019    