İrəvanda hərbi hissə komandirinə atəş açan şəxs həbs edilib

2019/04/56756-1555073383.jpg
Oxunub: 635     17:42     12 Aprel 2019    
Bildiyimiz kimi, aprelin 5-i saat 08:10-da hücuma məruz qalan hərbi hissə komandiri Coni Samsonyan qarın və ayaq nahiyyəsindən odlu silah yarası alıb, hadisə yerində iki giliz tapılıb.

Ordu.az “Joğovurd” qəzetinə istinadən xəbər verir ki, Samsonyanı yaralayan şəxs həbs edilib.

Qeyd edək ki, atəş edən həmin hərbi hissə komandiri tərəfindən keçən ilin sentyabrında işdən azad edilən hərbi hissənin avtomobil parkının sürücülərindən biri olub. Ayaq nahiyyəsindən yaralanan Coni Samsonyan Ermənistanın Müdafiə Nazirliyinin hərbi hissələrindən birinin komandiridir. Şahidlərin dediyinə görə, hərbi hissə komandiri ona atəş edən şəxsi özü zərərsizləşdirib və həmin şəxs daha sonra həbs edilərək, polis bölməsinə aparılıb.

Xatırladaq ki, erməni komandirə atəş edən vaxtilə məhz onun sürücüsü olub. Yayılan məlumata görə, onun işdən azad edilməsi barədə ədalətsiz qərar verilib və buna görə keçmiş sürücü hərbi hissə komandirini cəzalandırmaq qərarına gəlib.

Həbs edilən keçmiş müqaviləli hərbi qulluqçu yaxın çevrəsində bildirib ki, işdən azad etdiyinə görə yox, sadəcə komandirin davranışına görə bu addımı atıb: “Qanunsuz əməllərindən cana doymuşuq, kimsə onu susdurmalı, qarşısını almalı idi”.

Xatırladaq ki, cinayət faktı üzrə qətl törədilməsinə cəhdetmə və qanunsuz silah saxlama maddəsi üzrə cinayət işi açılıb. Yaralanan komandir polkovnik Coni Samsonyan “Astğik” tibb mərkəzinə yerləşdirilib.

Ermənistan istintaq komitəsinin Malatya-Sebastya istintaq şöbəsi tərəfindən İrəvan məhkəməsinə verilən təqdimat əsasında İrəvan sakini 57 yaşlı Harutyun Sarkisyan həbs edilib. Həbs edilən şəxs Nubaraşen cəzaçəkmə müəssisəsinə aparılıb. Məsələnin araşdırılmasına Ermənistan MN-in hərbi polis bölməsi əməkdaşları da cəlb edilib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan-ordusu   Güllələnmə  

İrəvanda hərbi hissə komandirinə atəş açan şəxs həbs edilib

2019/04/56756-1555073383.jpg
Oxunub: 636     17:42     12 Aprel 2019    