Erməni komandir təşvişdə: “Yazda yollar quruyarkən, azərbaycanlılar hücum edəcəklər”

2019/04/45645-1555067816.jpg
Oxunub: 8909     15:13     12 Aprel 2019    
“Erməni xalqını hazırlaşmağa və qəfl yaxalanmamağa çağırmaq istəyirəm... Neçə ki, hələ vaxtımız var, qəflətən yaxalanmamaq üçün taxıl, qənd, duz, kirbit ehtiyatı görməyə çağırıram”.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu fikirləri jurnalistlərlə müsahibəsində “Talin” dəstəsinin komandiri Sarkis Karapetyan səsləndirib.

Karapetyan, müharibənin yenidən başlaması təhlükəsini hiss etdiyini söyləyib: “Amerikadan və Rusiyadan bir erməni general məni məlumatlandırıb ki, yazda yollar quruyarkən, azərbaycanlılar hücum edəcəklər. Erməni xalqını hazırlaşmağa və qəfl yaxalanmamağa çağırmaq istəyirəm. Müharibəyə hazırlaşmağın ilk ən vacib məqamı evdə ehtiyat ərzağa malik olmaqdır. Neçə ki, hələ vaxtımız var, qəflətən yaxalanmamaq üçün taxıl, qənd, duz, kirbit ehtiyatı görməyə çağırıram”.

O hesab edir ki, ikinci təhlükə İrəvanda olan turistlərdir. Onun fikrincə, ən ciddi təhlükələrdən biri İrəvana dolmuş qaradərililərdir.

“Bilinmir, Pakistan, Səudiyyə Ərəbistanımı, ya haralıdırlar? Bu, İrəvanda sanki barıt çəlləyidir. Bir dəqiqə, Qarabağda müharibə başladığını düşünün, bunlar burada diversiya törədə bilərlər”, - deyə Karapetyan narahatlığını ifadə edib.

Karapetyan iddia edib ki, 2016-cı il döyüşlərində yolları minalaradan təmizləyiblər ki, qüvvələrimiz heç bir maneəsiz irəliləsin.

“Eyni hal müharibə vaxtı Goranboyda, Qarabağda da olub və bütün bunlar erməni rəhbərliyinin, başda Levon Ter-Petrosyan olmaqla xəyanəti nəticəsində baş verib. Biz azərbaycanlılara qalib gəlmişdik, Kürə çatmalı Naxçıvanı da ələ keçirməli idik. Ancaq Levon Ter-Petrosyan tək başına Ermənistanın qalib ordusunu məğlub edərək, Azərbaycanı xilas etdi. 2016-cı ildə də Talış istiqamətinə gedən yollar təmamilə minalanmış olub. Azərbaycanlıların tanklarının Talışa daxil olduğu keçiddə isə heç bir maneə olmayıb. Minalar partlamayıb, çıxarılıb. Eyni hal Cəbrayıl istiqamətində də baş verib. Bütün bunların baş biləndəri isə guya Rusiyadan tutub gətirə bilmədikləri Yuri Xaçaturov olub. Qoy mənə desinlər, gedib gətirim”, - deyə o ifadə edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan   İşğal   Qarabağ   Müharibə  

Erməni komandir təşvişdə: “Yazda yollar quruyarkən, azərbaycanlılar hücum edəcəklər”

2019/04/45645-1555067816.jpg
Oxunub: 8910     15:13     12 Aprel 2019    