Şimali Koreya hərbi parad keçirə bilər - FOTO

2019/04/34534-1555066138.jpg
Oxunub: 752     21:32     12 Aprel 2019    
Şimali Koreyanın yenidən hərbi parada hazırlaşması və yeni silah sistemlərini nümayiş etdirməyi planlaşdırması ehtimal edilir.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bununla bağlı Vaşinqton mərkəzli Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzi məlumat yayıb.

Mərkəz ötən bazar günü Şimali Koreyanın Mirim Parad Treyninq Təsisatına aid peykdən əldə edilmiş görüntüləri analiz edərək bu qənaətə gəlib. Pxenyanın şərq hissəsində yerləşən təsisatda ya ölkənin qurucu lideri Kim İr Senin doğum (15 aprel), ya da Koreya Xalq Ordusunun Qurulması Günü (25 aprel) ilə bağlı keçiriləcək parada hazırlıq getdiyi iddia edilir.

Məlumata görə, təsisatda iki qrupda olmaqla 217 hərbi vasitə toplanıb. Hazırda elə də ciddi bir hərəkətlilik müşahidə edilməsə də, qısa zamanda hazırlığın sürətləndiriləcəyi gözlənilir.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: KXDR   Hərbi-parad  

Şimali Koreya hərbi parad keçirə bilər - FOTO

2019/04/34534-1555066138.jpg
Oxunub: 753     21:32     12 Aprel 2019    