Ermənistan “Hərbi doktrinası”nın dəyişdirilməsi hansı nəticələrə səbəb ola bilər? – ANALİZ (HƏRBİ EKSPERT)

2019/04/14421-1555049614.jpg
Oxunub: 4851     10:13     12 Aprel 2019    
“Hərbi doktrina” dövlətin müdafiə siyasətinə dair deklarasiyadır. Bu hərbi quruculuq istiqamətini, dövlətin və silahlı qüvvələrin müharibəyə hazırlanmasını, onun aparılması metodlarını və formalarını müəyyən edən rəsmi tənzimləmə sistemidir. “Hərbi doktrina”nın əsas müddəaları siyasətdən və ictimai quruluşdan, istehsal qüvvələrinin inkişaf səviyyəsindən, yeni elmi nailiyyətlərdən və gözlənilən müharibənin xarakterindən asılı olaraq formalaşır və dəyişir.

“Müdafiə təhlükəsizliyi” termini hərbi təhlükəsizlikdən daha geniş bir anlayışdır. Onun təmin edilməsi yalnız hərbi deyil, həm də bütün ölkənin və ya dövlətin iqtisadi, informasiya və digər amilləri nəzərə alınaraq həyata keçirilir.

Doktrina məsələləri bu və ya digər şəkildə aşağıdakı müxtəlif sənədlərdə əksini tapır:

- Konstitusiyada;
- Milli təhlükəsizlik konsepsiyasında;
- Xarici siyasət konsepsiyasında;
- Sülh və müharibə dövrünün müxtəlif qanunvericilik (“Təhlükəsizlik Konsepsiyası”, “Müdafiə qanunu”, “Hərbi qulluq və hərbi xidmət haqqında qanun” və s.) sənədlərində;
- Döyüş və ümumqoşun nizamnamələrində.

Onun ən mühüm hissələri "Hərbi (müdafiə) doktrina"da toplanır:

- Hərbi təhdidlər və onlardan doğan müdafiə məsələləri;
- Hərbi (Müdafiə) Doktrinasının siyasi və hüquqi əsasları;
- Hərbi (Müdafiə) Doktrinasının hərbi-strateji əsasları;
- Hərbi (Müdafiə) Doktrinasının hərbi-iqtisadi və hərbi-texniki əsasları.

Hər bir dövlətin qəbul etdiyi konsepsiyalara uyğun “Hərbi doktrinası” mövcuddur. Son zamanlar Ermənistan siyasi dairələrində yeni “Hərbi doktrina”nın qəbuluna dair təkliflər səslənməkdədir. Bu təklifləri dəyərləndirmək üçün əvvəlcə Ermənistanda son dəfə qəbul edilən 2007-ci il “Hərbi doktrinası”nın əsas prinsiplərinə qısa nəzər salmaq lazımdır.

Ermənistanın eks-prezidenti Robert Köçəryan 2007-ci ilin dekabrın 25-də Ermənistan Respublikasının “Hərbi doktrinası”nı təsdiqləyən fərman imzaladı.

Təsdiqlənən “Hərbi doktrina” giriş və dörd əsas hissədən ibarətdir:

- Hərbi-siyasi əsaslar;
- Ermənistan Respublikasının müdafiə strategiyası;
- Hərbi təhlükəsizlik sistemi;
- Hərbi təhlükəsizlik sisteminin islahatları.

Bütün erməni mənbələrində qəbul edilən “Hərbi doktrina”nın daha çox müdafiə xarakterli olduğu ifadə edilir. Bunu təsdiq və ya inkar etmək üçün əvvəlcə “Hərbi doktrina”nın əsas müddəaları ilə bərabər regional hərbi-siyasi vəziyyəti, ehtimal olunan rəqib ölkələrlə münasibətlərin səviyyəsini, qoşunların mövcud coğrafiyada real yerləşməsini və s. kimi amilləri təhlil etmək vacibdir. Çünki doktrinanın əsas müddəasına ilkin baxışdan belə çıxır ki, guya Ermənistan Azərbaycanı birbaşa düşmən ölkə kimi dəyərləndirmir.

Ermənistan, bütün səviyyələrdə “Hərbi doktrinası”nın müdafiə xarakterli olmasını bəyan etsə də, bu ölkənin qonşularla münasibətləri yalnız işğalçılıq siyasəti üzərində qurulub. Ermənistanın on illərdir ki, regionda yeritdiyi dövlət siyasəti demək olar ki, bütün qonşularına qarşı ərazi iddiaları irəli sürülməsi üzərində qurulub ki, bunların da Azərbaycan, Türkiyə və Gürcüstana qarşı yönələn qismi daim aşkar şəkildə, İran və birbaşa sərhəddi olmayan Rusiyaya qarşı olan qismi isə təbii ki, qapalı şəkildə ifadə edilib. Bu barədə əvvəllər məlumat verdiyimiz üçün təkrarçılıq etmək istəmirəm.

Monoetnik dövlət olan Ermənistan Azərbaycanın 20% ərazisini 28 ilə yaxındır ki, Rusiyanın dəstəyi ilə işğal altında saxlayır. Status-kvo həm Ermənistanı, həm də onun havadarlarını tam qane edir. Beynəlxalq təşkilatların qərar və tövsiyələrini yerinə yetirməyən işğalçı dövlətdən heç kim hesab belə soruşmaq niyyətində deyil. Ermənistanın “Hərbi doktrinası”nda Azərbaycandan fərqli olaraq, birbaşa “Azərbaycan dövləti Ermənistanın düşmənidir” ifadəsi işlədilmir, lakin sənəddə Ermənistanın Azərbaycan ərazisi olan Dağlıq Qarabağın və onun əhalisinin təhlükəsizliyinə zəmanət verməsi beynəlxalq hüquq normalarına ziddir. Doktrina müəllifləri Dağlıq Qarabağ ətrafındakı 7 rayonun işğal altında saxlanılmasını, Azərbaycanın guya erməni xalqına qarşı etnik təmizləmə siyasətini həyata keçirməsi, erməni xalqına münasibətdə Azərbaycanın hərbi qüvvədən istifadə edə biləcəyi və onun fiziki olaraq məhv edilməsi kimi əsassız iddialarla əlaqələndirirlər. Təxminən eyni tipli həyasız müddəalar “Ermənistanın Təhlükəsizlik Konsepsiyas”ında da öz əksini tapıb.

Müdafiə xarakterli “Hərbi doktrina” heç bir halda qonşu ölkələrin ərazisinin işğalını, bu ərazilərdə özünün qoşunlarını, o cümlədən hücum xarakterli silah sistemlərinin yerləşdirilməsini, bu azmış kimi BMT tərəfindən işğal edilən Azərbaycan əraziləri kimi qeyd edilən Dağlıq Qarabağın təhlükəsizliyə “zəmanət” verilməsini nəzərdə tuta bilməz. Bu sırf seperatizmin dəstəklənməsi kimi təsnifatlandırılmalı və bu addımların beynəlxalq hüququn imkan verdiyi ən kəskin formatda cəzalandırılmasına nail olunmalıdır. Seperatizmi rəsmən dəstəkləyən və faktiki olaraq işğalçı bir ölkə olan Ermənistanın “Hərbi doktrinası”nın müdafiə xarakterli olması haqqında iddialar, dünya ictimaiyyətinə erməni dövlətinin əsl hərbi-siyasi mövqeyinin pərdə arxasında gizlədilməsi üçün tətbiq edilən populist addımdan başqa bir şey deyil.

"Xarici təhdidlər" bölməsində qeyd olunub: "Dağlıq Qarabağ münaqişəsinin mövcudluğu və Azərbaycanın hərbi üstünlüyə nail olmaq arzusu Ermənistanın hərbi təhlükəsizliyi üçün təhlükə yaradır". Bu bölməyə, həmçinin Ermənistana qarşı yönələn ittifaqların, xüsusilə də Türkiyə Respublikasının və Azərbaycan Respublikasının strateji birliyinin yaradılması, möhkəmlənməsi və genişləndirilməsi də aid edilib. Beləliklə, Ermənistan prezidentinin imzaladığı sənəddə həm Azərbaycan, həm də Türkiyə rəsmi şəkildə düşmən ölkə olaraq elan edilir.

Son zamanlar baş verən hadisələr, həmçinin Ermənistan və Azərbaycan “Hərbi doktrinaları”nın tərkibi, rəsmi Bakının hərbi əməliyyatlara başlamayacağı təqdirdə, münaqişənin tez bir zamanda həlli ilə bağlı xəyal qurmağa əsas vermir. Bu isə artıq 25 il davam edən çox təhlükəli tendensiyadır. Ermənistan faktiki olaraq qondarma qurumu diplomatik səviyyədə tanımır, lakin Ermənistan prezidenti tərəfindən təsdiq edilən və ya imzalanan bir çox sənəddə, o cümlədən “Hərbi doktrina”da və “Təklükəsizlik konsepsiyası”nda Azərbaycanın tarixi torpaqları olan Dağlıq Qarabağ müstəqil ərazi olaraq qeyd olunub. Bu isə hərbi əməliyyatlara başlamaq üçün ciddi əsas kimi qəbul edilə biləcək bir faktdır.

2007-ci il “Hərbi doktrinası”nın bir bəndində qeyd olunur ki, “beynəlxalq hərbi və hərbi-texniki əməkdaşlığın prioritet istiqaməti Rusiya Federasiyası ilə strateji əməkdaşlıqdır”, digər bənddə isə NATO və ABŞ ilə əməkdaşlığın inkişafına üstünlük verilir. Rusiya və KTMT ilə əməkdaşlığa toxunmuram, çünki Ermənistan mövcudluğu üçün buna məcburdur. Lakin NATO və ABŞ ilə əməkdaşlığa da İrəvanın xüsusi diqqət yetirməsini, “Sülh naminə tərəfdaşlıq” proqramından başqa, Ermənistanda müxtəlif illərdə keçirilən “Cooperative Longbow” komanda-qərargah və “Cooperative Lancer” səhra təlimləri də sübut edir. Bu təlimlərin mövzusu “NATO qüvvələrinin və onların MDB-dəki tərəfdaşlarının münaqişə zonalarında rəqibi sülhə məcbur etmək üçün xüsusi əməliyyat” olması Azərbaycanın bostanına atılan böyük bir daşdır və hələ də o daş yaylım atəşi formasında geri qaytarılmayıb.

Beləliklə, Ermənistan 2007-ci il “Hərbi doktrinası”nda özü də etiraf edir ki, həm Rusiya, həm də NATO və ABŞ-la münasibətləri inkişaf etdirməkdə, dolayısı ilə parallel olaraq iki qucaqda oturmaqda maraqlıdır. Əslində bu addım Azərbaycandan çox Rusiyanı qıcıqlandırır, lakin Kreml Cənubi Qafqazda əlində olan sonuncu bazasını itirməmək, nəticədə ən azından Şimali Qafqazdan getməmək üçün dişini qıcasa da, bundan artığına əl atmağa cürət etmir. 3 Baltik ölkəsinin, Gürcüstanın və Ukraynanın ardınca Ermənistanın da əldə getməsi Moskva üçün geri dönüşü olmayan nəticələr vəd edə bilər. Artıq belə bir təhlükə Kremldə hiss edilir.

Bütün bunlar sanki azmış kimi, hazırda Ermənistanda həm ekspertlər, həm də hakimiyyət nümayəndələri “Hərbi doktrina”nın reallığı əks etdirmədiyini və qısa zamanda dəyişdirilməli olduğunu tələb edirlər. İşğalçı ölkənin Müdafiə naziri David Tanoyanın bu yaxınlarda ABŞ-da səfərdə olarkən Qarabağ münaqişəsinin fəlsəfəsini “ərazi əvəzində sülh” paradiqmasından “yeni müharibə - yeni ərazilər” prinsipi ilə əvəz edəcəyi barədə verdiyi bəyanatını Paşinyan da ürəkdən bəyənib və tam dəstəkləyib.

Tonoyanın bəyanatı Ermənistanın müdafiə xarakterli “Hərbi doktrinası”nın hücum doktrinası ilə əvəz ediləcəyini, yəni hərbi əməliyyatların istisnasız olaraq işğal altında olan torpaqlardan kənarda və onların ələ keçirilməsi məqsədilə aparılacağını göstərir. Böyük dövlətlərin dəstəyi və müdafiə xarakterli “Hərbi doktrina”sı ilə Cənubi Qafqazı qaynar qazana döndərən, cılız imkanları ilə özündən böyük və güclü qonşularının ərazilərini onillərlə işğal altında saxlamağı bacaran Ermənistan, hücum xarakterli “Hərbi doktrina”sı ilə hansı zaman çərçivəsində, hansı strateji hədəfləri əldə etməyə çalışacaq? Sualın zamanla bağlı birinci hissəsinin cavabı birmənalı deyil, bu azı 3 ilə də tamalana bilər, 10 ilə də… Və yaxud tamamlanmaya da bilər. Sonuncu bizdən daha çox asılıdır. Lakin bəzi çəkindirmə zərbələri və ya ayrıca bir istiqamətdə müəyyən tədbirlərin (Lakin bu tədbirlərin və zərbələrin istənilən halda son hədəfi, günün sonuna nəyin bahasına olursa olsun, birliyin yaxın tapşırığının yerinə yetirilməsini tam əhatə etməlidir) keçirilməsi, Ermənistan rəhbərliyini doktrina qəbulunun məqsəduyğunluğu barədə təkrar düşünməyə vadar edə bilər.

Sualın ikinci hissəsinə, yəni Ermənistanın hansı hədəfləri əldə edəcəyinə gəldikdə isə işğalçı ölkə əldə etdiyi torpaqların leqallaşdırılmasına, bufer zonalarının mövcudluğuna, Dağlıq Qarabağın faktiki olaraq tanınmasına, ordakı qanunsuz qoşunların statusuna hüquqi don geyindirməyə çalışacaq. Bunlardan əlavə doktrinaya uyğun silah sistemlərinin alınması, onların ölkədə istehsalı, ordunun ştat vəzifə strukturunun yeni konsepsiyada dəyişdirilməsi, onların müvafiq silahlarla təchizatı və nəhayət Silahlı Qüvvələrin hücum əməliyyatlarına uyğun təşkili, eşalonlaşdırılması və yerləşdirilməsinə başlanılacaq. Yeni doktrinaya keçid elə də qısamüddətli bir proses deyil və müəyyən maliyyə resurları da tələb edir. Ermənistan isə hazırda nə geniş zamana, nə artıq maliyyə vəsaitlərinə malikdir. Bunları əldə etmək üçün danışıqlar prosesini uzatmaq İrəvanı xilas edə bilər. Bu metod, Ermənistanın həm əlavə maliyyə imkanları əldə etməsinə, həm də ölkəyə bəzi müdafiə sənaye şirkətlərinin özlərini olmasa da, avadanlıq və texnologiyalarını cəlb etməsinə şərait yaradır.

Danışıqların dalana dirənməsi isə Ermənistanın maraqlarına cavab vermir, çünki hadisələrin belə inkişafı ən azından "Aprel-2" və ya "Günnüt-2" ilə nəticələnə bilər. Bu isə ilk "Günnüt" əməliyatındakı uğursuzluğunu yeni təyin olunması səbəbilə əvvəlki Müdafiə naziri Vigen Sarkisyanın üzərinə tam yükləyə bilən David Tonoyanı, ardınca isə "Aprel" əməliyatının bitirdiyi Serj Sarkisyan kimi Nikol Paşinyanın karyerasını bitirə bilər. Bunu Ermənistanda cüzi təhlil qabiliyyəti olan hər kəs yaxşı anlayır, həbsdə və ya azadlıqda olan keçmiş hərbi-siyasi elita və onların ətrafındakılar isə bunu səbirsizliklə gözləyir.

Paşinyan daim danışıqlardan öncə mümkünsüz olan maksimal, yeni tələblər irəli sürür, sonra isə variantın keçmədiyini görüncə xahiş-minnətlə, minimum şərtlərlə danışıqlara razılıq verir. Hər danışıqdan sonra isə ciddi əhəmiyyət kəsb etməyəcək məsələrdə özündən “sülhsevər erməni baş nazir” imicini yaratmağa çalışır. Ümumilikdə hər bir məsələ haqqında, işğal altında olan torpaqların qaytarılması istisna olmaqla, pozitiv tonda bəyanatlar səsləndirir. Təbii ki, bu kimi tədbirlər yuxarıda qeyd olunan məsələlərin icrası üçün vaxt qazanmağa hesablanıb.

Belə olan halda isə Azərbaycan Ordusu heç kimin nə düşündüyünün fərqinə varmadan Ermənistanı sakitləşdirmək vəzifəsini həyata keçirmək məcburiyyətində qalacaq. Təbii ki, Azərbaycan bunu arzu etmir, lakin əzəli torpaqlarının işğalı ilə barışmaq limitini də çoxdan bitirib. Ermənistanın da işğal etdiyi əraziləri sülh yolu ilə nəinki Paşinyan, heç kim qaytarmağa cəhd belə edə bilməz, əks halda onun özünü ermənilər Azərbaycana qaytarar. 25 illik danışıqların nəticəsi yalnız iki variantda ola bilərdi - torpaqlar azad edilir və ya edilmir. Birinci variant barədə danışmağa dəyməz, çünki işğal faktı nəinki aradan qalxmayıb, hətta Tonoyan kimi şəxslər artıq yeni ərazi iddialarından bəhs edir, ölkə rəhbərliyi isə bunu dəstəkləyir. Deməli erməni rəhbərlər bir-birini əvəz etsələr də torpaqlar azad edilmir, yəni ikinci variant dəyişməz olaraq qüvvədədir.

Azərbaycanın yeganə çıxış yolu İrəvana ətraf rayonların işğaldan azad edilməsi üçün 1 aydan çox olmamaq şərti ilə zaman verilməsi, əks halda əməliyyatların bərpa olunacağını beynəlxalq səviyyədə bəyan etməsindən ibarətdir.

Hərbi ekspert Ədalət Verdiyev
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan   İşğal   Hərbi-doktrina   Qarabağ   Müharibə  

Ermənistan “Hərbi doktrinası”nın dəyişdirilməsi hansı nəticələrə səbəb ola bilər? – ANALİZ (HƏRBİ EKSPERT)

2019/04/14421-1555049614.jpg
Oxunub: 4852     10:13     12 Aprel 2019    