Ukraynalı hərbi ekspert: “Qarabağ uğrunda yeni bir müharibə yaxın həftələrdə başlayacaq”

2019/04/14664-1554807332.jpg
Oxunub: 3679     15:12     09 Aprel 2019    
“Suriya münaqişəsinin həllinin mümkünsüzlüyü və Liviyadakı kəskinləşmə ilə bağlı olan açıq geosiyasi böhran fonunda Cənubi Qafqazda bu dəfə daha bir "qaynar nöqtə" aktivləşməyə başlayır. Təbii ki, biz ən azı 1988-ci ildən bəri davam edən Dağlıq Qarabağ münaqişəsindən danışırıq”.

Bu barədə Ordu.az-a açıqlamasında tanınmış ukraynalı hərbi ekspert Mixail Jiroxov Ermənistanın Müdafiə naziri Davit Tonoyan tərəfindən səsləndirilən ən son təcavüzkar bəyanatları şərh edərkən bildirib.

O qeyd edib ki, hazırda Ermənistan vəziyyəti gərginləşdirir və bu vəziyyət olduqca anlaşılmazdır.

“Çünki son illərdə neftin yüksək qiyməti sayəsində Azərbaycan hərbi potensialını əhəmiyyətli dərəcədə artıra bilib. Bakının zirvədə olduğu dönəmdə silah idxalına illik 1.4 milyard dollar, ümumilikdə isə müdafiəyə ÜDM-in 6.2 faizi ayrılırdı, bu isə bütövlükdə təvazökar erməni büdcəsi üçün ümumiyyətlə əlçatmaz idi. Bundan əlavə, son illərdə bir neçə dəfə Azərbaycanın müdafiə büdcəsi Ermənistanın bütün büdcəsindən çox olub!”, - deyə Jiroxov bildirib.

Ermənistan tərəfindən Su-30SM qırıcılarının alınması ilə bağlı skandalın əlamətdar olduğunu ifadə edən ekspert, artan silahlanma fonunda Qarabağda real toqquşmanın olacağını vurğulayıb: “2012-ci ildə Ermənistan Rusiyadan 12 ədəd təyyarənin alınması barədə razılığa gəldi. Qırıcıların satın alınması məsələsinə tərəflər Ermənistanda hakimiyyət dəyişikliyindən sonra yenidən qayıtdılar: lakin müştərinin maliyyə imkanlarına əsasən artıq 6 ədəd Su-30SM-in satın alınması müzakirə olundu. Nəticədə ölkə 4 ədəd təyyarə almaq üzərində dayandı.

Ermənistanın hazırkı təcavüzkar bəyanatları iki şeyə əsaslanır - Rusiyanın qeyri-şərtsiz dəstəyinə və İranın regional super güc səviyyəsinə çatmaq cəhdlərinə. Ermənistanın Baş naziri Nikol Paşinyanın ilk xarici səfərlərindən birini Tehrana etdiyi də təəccüblü deyil.

Mənim fikrimcə, erməni hərbçilərinin hesablamaları müəyyən bir sıçrayışdan sonra Rusiyanın təzyiqi ilə (2016-cı ilin aprelində Dağıstanda nümayişkar şəkildə təlimlər və Gümrüdəki bazanın kəskin gücləndirilməsi) Bakının mövcud statusun möhkəmləndirilməsi ətrafında danışıqlar aparmağa məcbur edilməsinə yönəlib. Erməni generallarının bu barədə necə qərar verəcəyi tam aydın deyil, lakin yaxın həftə (və ya aylar) ərzində bu istiqamətdə real kəskinləşmə görəcəyimizin ehtimalı böyükdür”.

Bəhram Batıyev
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Qarabağ   Müharibə  

Ukraynalı hərbi ekspert: “Qarabağ uğrunda yeni bir müharibə yaxın həftələrdə başlayacaq”

2019/04/14664-1554807332.jpg
Oxunub: 3680     15:12     09 Aprel 2019    