Türkiyədən 37 ədəd "Şorland" tədarükü?| O, bir vaxtlar nüvə silahlarını müşayiət edirdi - ARAŞDIRMA (EKSPERT)

2019/04/Mosul-1554789697.jpg
Oxunub: 3444     10:53     09 Aprel 2019    
Türkiyə silah-sursat ixracatını son on ildə 170% artırıb. Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (SIPRI) tədqiqatçısı Piter Vezeman tərəfindən təqdim edilən hesabatdan məlum olub ki, Türkiyədən ən çox silah ixrac edən ölkə Azərbaycandır. Hesabata görə, Azərbaycan Türkiyədən bu vaxta qədər 35 ədəd "Kobra", 37 ədəd "Şorland" yüngül zirehli nəqliyyat vasitəsi, 30 ədəd T-107 YARS, 40 ədəd T-122/300 YARS, 20 ədəd T-300 YARS, 108 ədəd TRG-300 "Kaplan" raketi, 25 ədəd SOM raketi əldə edib. Əvvəlki yazılarda, sadalanan silah və zirehli nəqliyyat vasitələrinin nümunələrinə diqqət yetirsək də, “Şorland” yüngül zirehli vasitələri unudulmuşdu. Bu yazıda məhz bu vasitələrin yaranma tarixinə, müxtəlif versiyalarının təyinatına, texniki xüsusiyyətlərinə və s. toxunmağı qərara aldıq.

"Şorland" xüsusi olaraq Şimali İrlandiyanın Olster Kral polisi üçün Friedrix Batler tərəfindən hazırlanan zirehli patrul avtomobilidir. İlk layihələndirmə iclası 1961-ci ilin noyabr ayında keçirildi. Üçüncü, son prototip 1964-cü ildə hazır oldu və ilk "Şorland" 1966-cı ildə sifarişçiyə təslim edildi. 1970-ci ildə isə bu maşınları Olster Müdafiə Alayına verdilər. Olster polisinin maşınlarını isə tezliklə daha sadə profilə və pulemyotu olmayan zirehli "Land Rover" maşınları əvəzlədi. Bu avtomobil "IIA Land Rover" şassisindən istifadə edilərək Şort qardaşları və Harland tərəfindən hazırlandı. 1990-cı illərdə Olster Kral polisi üçün vasitə hazırlayan mühəndislər tərəfindən layihələndirilən "Land Rover Tangi" zirehli "Land Rover" modelinin ən yaygın versiyası oldu. Şortlar və Harland üç nəfərlik ekipaja malik "Şorland"dan, iki nəfəri öndə və altı nəfəri arxada daşıya bilən orjinal zirehli personal daşıyıcıları hazırlamağa davam etdilər. Zirehli maşınlarda istifadə olunan ehtiyat hissələrin 85%-i adi avtomobillərin hissələri ilə eyni idi, bu da təmir və xidmət proseslərini asanlaşdırırdı. Bu maşınların ilkin versiyaları 17 ölkə tərəfindən satın alındı.

1996-cı ildə Şort qardaşları "Şorland"ın bütün dizaynını Britaniya aerokosmik agentliyinə satdılar. 1998-ci ilə qədər onların Şimali İrlandiya küçələrində az sayda istifadəsinə rast gəlinirdi. Bu maşınlardan, 1990-cı illərdə Almaniyanın RAF polisi tərəfindən xüsusi silahların (nüvə silahlarının) müşayiət edilməsi üçün istifadə edilirdi.

Avtomobilin zirehi 23 metr məsafədən 7.62 mm-lik tüfəng mərmisinə qarşı dayanıqlı idi. Korpusun xüsusi formaya malik olması yanan maddələrin daxilə nüfuz etməsinə imkan vermir, qumbaraların isə avtomobilin damından aşağı diyirlənməsinə səbəb olurdu.

Baza versiyasının texniki xüsusiyyətləri:

- Ekipaj 2 nəfər
- Desant 6 nəfər
- Kütləsi: 3.6 t
- Maksimum sürəti: 105 km/s
- Xüsusi gücü: 31.2 q.g/t
- Uzunluğu: 4.26 m
- Hündürlüyü: 2.03 m
- Silahlanması: bir ədəd qumbaraatan və ya 7.62 mm pulemyot quraşdırıla bilər.

"Şorland" dizaynında əlavə zirehin rahat daşınması üçün asqı sistemi və mühərrik təkmilləşdirilib və bir neçə müxtəlif versiyada zirehli vasitələr istehsal edilib:

- 50 at (50 KVt) gücünə malik mühərriklə Mk 1;
- 57 at (57 KVt) gücünə malik mühərriklə Mk 2;
- 1972-ci ildə buraxılan Mk 1 və Mk 2-dən daha qalın zirehə, 91 at (68 KVt) gücünə malik mühərriklə Mk 3;
- 1980-ci ildə buraxılan, Mk 3-dən daha güclü zirehə, 3.5 litrlik V8 "Rover" mühəriklə Mk4;
- "Defender 1103" şassisi ilə 5 litr həcmli benzin mühərrikə benzin mühərriki və ya 2.5 litrlik V8 - "Rover" turbodizel mühərrikli 5H versiyasında qaynaqlı zireh bütün korpusu əhatə edirdi;
- S5 zirehli patrul maşınının prototipi;
- S51 və S52 zirehli patrul maşınları;
- S53 - HHM maşını;
- S54 - qaçırıla bilməyən maşın;
- S55 - zirehli personal daşıyıcı (ZPD).

"Şorland" markasına aid müxtəlif vasitələrin cari və əvvəlki operatorları arasında Niderland, Argentina, Bəhreyn, Botsvana, Bruney, Burundi, Qviana, İraq, Keniya, Livan, Lesota, Liviya, Malayziya, Mavriki, Nigeriya, Pakistan, Papua-Yeni Qvineya, Portuqaliya, Rodeziya, Səudiyyə Ərəbistan, Seyşel adaları, Suriya, Şri Lanka, Tailand, Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri, Birləşmiş Krallıq və Venesuela kimi ölkələrə rast gəlmək mümükündür.

1991-ci ildə isə Türkiyənin nəhəng sənaye şirkəti olan "Otokar" ilk dəfə "Land Rover Defender" lisenziyalı ərazi vasitələrinin bazasında zirehli avtomobil istehsalına başladı. Hazırda şirkət Türkiyə Silahlı Qüvvələri, müttəfiq ordular və BMT qüvvələri üçün tam çəkimli, təkərli zirehli nəqliyyat vasitələrinin qabaqcıl istehsalçısına çevrilib.

İlk hərbi məhsul, Britaniyanın "Şorland" zirehli vasitələrinin tərtibatında hazırlanan, ikitərəfli qapısı olan yüksək altı yerlik korpusa malik, qülləsində pulemyot yerləşdirmək imkanı ilə 122 at gücünə malik yüngül zirehli avtomobillərin bir neçə versiyası oldu. Bu maşınlar kəşfiyyat, patrul, qərargah, əhəmiyyətli şəxslərin daşınması və tibb xidmətinin sanitar maşını kimi istifadə olunur. Əsas konfiqurasiyada avtomobil radiostansiya, kondisioner ilə təmin olunur. Ümumi çəkisi 3.6 tondur, dizel mühərriki ilə 1000 km ehtiyat gediş məsafəsinə malikdir, maksimal sürəti isə 125 km/saatdır.

"Şorland" zirehli vasitələrinin silahlanması tureldə olan pulemyot və ya qüllədə məsafədən idarə edilən pulemyotdan ibarət ola bilər:

- Aparıcı təkər sayı 4 ədəd
- Ekipaj 3 nəfər
- Kütləsi 3600 kq
- Mühərrik gücü 134 at gücü
- Maksimum sürət 125 km/s
- Klirens 230 mm
- Əsas silahın çapı 7.62 mm
- Uzunluğu 4190 mm
- Eni 2080 mm
- Yüksəkliyi 2500 mm
- Təkər bazası 2694 mm
- Sürətlər qutusu 5 pilləlidir.

"Şorland"ın təqdim edilən vasitələri arasında yüngül ZPD, polis üçün daşıyıcı, komanda-qərargah avtomobili və ya sanitar avtomobili kimi versiyalarına tələbat daha çoxdur. Zirehli vasitənin əsas vəzifəsinə şəxsi heyətin daşınması, kəşfiyyatın aparılması, konvoyların müşayiət edilməsi, asayişin qorunması, şəhər ərazilərində döyüşlərin aparılması və s. daxildir.

Bu vasitələr 2015-ci ilin sonuna qədər Türkiyənin daxili ehtiyaclarının qarşılanması üçün istehsal edilib. Sadə "Şorland" maşınlarından indiyə qədər 2500 ədəd istehsal edildiyi və hələ də bu korporativ proqramın saxlanıldığı məlumdur. Hesabatdan da məlum olduğu kimi, Azərbaycanın əldə etdiyi 37 ədəd "Şorland" zirehli nəqliyyat vasitələrinin Daxili İşlər Nazirliyinin Daxili Qoşunları tərəfindən istismar edildiyi ehtimal edilir.

Hərbi ekspert Ədalət Verdiyev
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Şorland   Azərbaycan-Türkiyə   Land-Rover   Otokar  

Türkiyədən 37 ədəd "Şorland" tədarükü?| O, bir vaxtlar nüvə silahlarını müşayiət edirdi - ARAŞDIRMA (EKSPERT)

2019/04/Mosul-1554789697.jpg
Oxunub: 3445     10:53     09 Aprel 2019    