Türkiyənin milli ixracatında "Tulpar" çoxməqsədli tank modeli – HƏRBİ EKSPERT (ARAŞDIRMA)

2019/03/resiz-4661251422.jpg
Oxunub: 7299     15:14     28 Mart 2019    
XXI əsrin əvvələrindən Türkiyənin hərbi sənayesi sürətli inkişaf mərhələsinə keçdikdən sonra, istehsal edilən müxtəlif təkərli daşıyıcıların bazası üzərində intensiv şəkildə yeni zirehli vasitələrin yaradılmasına başlandı.

"Altay" layihəsinin müəllifi olan "Otokar" əsas döyüş tankının seriya istehsalına aid tenderi BMC şirkətinə verdikdən sonra, bir-birinin ardınca maraqlı yenilikləri ilə diqqəti cəlb edir.

"Altay" layihəsi çərçivəsində yeni tırtıllı zirehli vasitələrin inkişafında mühüm bilik və təcrübələr əldə edən şirkət, dünyada yüngül tanklara artan tələbatı qarşılamaq üçün hazırladığı "Tulpar" çoxməqsədli zirehli vasitəsini keçən il Fransada keçirilən "Eurosatory-2018" sərgisində beynəlxalq ictimiyyətə təqdim edib.

"Tulpar" qədim türk mifologiyasında döyüşçüləri qoruyan "uçan at" mənasını daşıyır. Sonradan yunanlar da bu addan bənzər əfsanələrində istifadə ediblər. Bu adın seçilməsində məqsədin zirehli birliklərin "qoruyucu uçan ata" sahib olmasının vacibliyini vurğulamaqdan ibarət olduğu ehtimal edilir. Qırğızlar da bu adda minik avtomobili istehsal edirlər.

Bu yaxınlarda isə "Otokar" şirkətinin yeni "Tulpar" yüngül tankının Avropada keçirilən atəş sınaqlarını uğurla tamamladığı məlum oldu. Tank iki fərqli və naməlum istifadəçi tərəfindən sınaqdan keçirilib.

Türkiyə ilə yanaşı 4 qitədə 32 ölkəyə silah-sursat ixrac edən "Otokar" yeni məhsulunu üstün imkanlarla ərsəyə gətirib və yüngül zirehli vasitənin qlobal miqyasda böyük ixracat potensialına sahib olduğu bildirilir.

"Otokar"ın 2018-ci il üçün təqdim edilən hesabatında şirkətin müdafiə sənayesində əldə etdiyi irəliləyişlər, sifarişlərdəki inkişaflar və gələcək hədəfləri ilə əlaqədar məlumatlar verilib. Şirkət qlobal müdafiə sektoru, müdafiə xərclərinin artması ilə keçən il yüzdə 3.9 faiz rekord artım nümayiş etdirib. Bu fonda Türkiyənin il ərzində müdafiə sənayesi məhsullarının istehsal və ixracında, yerli və milli imkanlarını artıraraq qlobal səviyyədə əhəmiyyətli bir oyunçu olmaq hədəfinə daha da yaxınlaşdığı aşkardır.

Taktiki təkərli və tırtıllı zirehli vasitələri ilə bərabər qüllə sistemləri, istifadəçilərin ehtiyac və gözləntilərinə uyğun məhsullar hazırlayıb inkişaf etdirən, istehsal edən "Otokar" Türkiyə hökumətinin lisenziyası və sifarişi ilə hərbi məhsulların ixracatını davam etdirir.

"Tulpar" çoxməqsədli zirehli döyüş maşını kateqoriyasına aiddir. Onun yüngül tank, piyada döyüş maşını, personal daşıyıcısı, idarəetmə, kəşfiyyat, axtarış-xilasetmə, raket atıcı qurğusu, sanitar maşını, HHM və ya tank əleyhinə vasitə kimi hazırlanması mümkündür. Zirehli vasitə üzmə xüsusiyyətlərinə də malikdir.

2011-ci ildə layihəsi bitən döyüş maşını 2012-ci ildən istehsal edilir. 2013-cü ildən isə TSQ-nin silahlanmasına Piyada Döyüş Maşını (İFV) kimi qəbul edilib. Onlardan birinin dəyərinin 1.2 milyon dollar olduğu bildirilir.

Taktiki-texniki xüsusiyyətləri:

Ekipaj yüngül tank versiyasında 3 nəfər (komandir, tuşlayıcı, sürücü);
PDM versiyasında 3+8 nəfər desant;
Mühərrik: 8 silindrli, V tipli, 15.7 litr həcmli, dizel "Scania DI 16 Turbo";
Mühərrik gücü: 810 at gücündə;
Ehtiyat gediş məsafəsi: 600 km;
Əsas silahlanması: 30 mm-lik avtomatik top (400 mərmi ilə) və 7,62 mm-lik pulemyot (4400 mərmi ilə);
Maksimum sürəti: şossedə 70 km/saat;
Kütəsi: zirehlənmə və versiyadan asılı olaraq 25, 35 və ya 40- 42 ton ola bilər;
Uzunluğu: 7.230 mm;
Genişliyi: 3.450 mm;
Yüksəklik: 2.676 mm.

"Tulpar" döyüşdə müasir tankların yeni nəsilləri üçün effektiv dəstək vasitəsi kimi də istifadə edilə bilər.

Avadanlıq 2013-cü ildə ilk təqdimatında piyada döyüş maşını (IFV) kimi nümayiş olunub. Bu versiyada PDM "Otokar" şirkətinin uzaqdan idarəolunan "Mizrak-30" tureli ilə təchiz edilirdi. Turelin silahlanmasında 400 mərmilik döyüş sursatı dəstinə malik 30 mm-lik top və 4400 ədəd sursat dəstinə malik 7.62 mm pulemyot yer alırdı. 30 mm-lik mərmilərin 200 ədədi, 7.62 mm-lik mərminin isə 4000 ədədi mühərikin arxasında mövcud olan qutularda saxlanılırdı.

"Eurosatory-2018"də beynəlxalq ictimaiyyətə təqdim edilən "Tulpar" hərəkətliliyi, atəş gücü və təhlükəsizliyi ilə iştirakçıların diqqətini cəlb edib. Sərgidə təqdim edilən zirehli vasitə yüngül tank versiyasında olub. Avtomatik yükləmə mexanizminə, bütün 105 mm-lik NATO sursatlarından və Ukraynanın 105 mm "Falarick" idarəolunan TƏİR-dən atəş aça bilən, yüksək təzyiqli tank topuna sahib olan "Tulpar"ı, bəzən "döyüş meydanlarının yeni ovçusu" da adlandırırlar. Sabitləşdirici, gündüz/gecə termal kamera sistemləri ilə təchiz olunan Atəşi İdarəetmə Sistemi (AİS) hərəkət zamanı və dayanacaqda ilk atəşdən hədəfin məhv edilməsinə imkan verir. Eyni zamanda bir neçə hədəf aşkarlana bilir.

İstifadə olunan CMI "Cockerill" 3105 qülləsində komandir və tuşlayıcı olmaqla 2 ekipaj üzvü yerləşir. Universal qüllə 25-105 mm-lik topların inteqrasiyasına imkan verir. PDM versiyasında 105 mm-lik topun 30 mm-lik topla əvəz edilməsi desant bölməsində əlavə iki nəfər desant üçün oturacaqların yerləşdirilməsinə şərait yaradır. ZPD versiyası isə 11 nəfərdən ibarət şəxsi heyətin komfort şəraitdə daşınmasına imkan verir.

Bu yüngül tank yüksək atəş və dağıdıcı gücə malik olaraq effektiv həllər təklif edir. Yaşayış məntəqələrində, zəif körpülər, torpaq və dar yollar səbəbindən əsas döyüş tanklarının hərəkət etməsi mümkün olmayan ərazilərdə "Tulpar", yüksək hərəkətliliyi sayəsində hər cür ərazidə istənilən döyüş şəraitində fəaliyyət göstərə bilir.

"Tulpar" ailəsi müxtəlif vəzifələrdə tətbiq edilə biləcək çoxməqsədli və modul tipində hazırlanan bir platformadan istifadə edilərək hazırlanıb. Bu vasitə yüngül tank üçün ideal bir platformaya malikdir.

Ən sərt iqlim şəraitində və mürəkkəb ərazilərdə sınaqdan keçirilən "Tulpar" zireh texnologiyası və zireh konstruksiyası ilə sinifinin ən üstün ballistik və mina qorunmasına malik vasitələrindən hesab edilir.

Aktiv mühafizə sistemləri ilə də təchiz edilə bilən "Tulpar" tankı, üstün atəş dəstəyini təmin edir, 3 nəfər (komandir, tuşlayıcı və sürücü) ekipajından əlavə 2 nəfəri də daşımaq qabiliyyətinə malikdir.

Personal daşıyıcı konfiqurasiyada hazırlanan "Tulpar"da şəxsi heyətin oturacaqları təhlükəsizlik kəmərləri və minaya qarşı davamlı oturacaqlarla, desant bölməsinin qapısı isə xüsusi zirehlə təmin edilir. Şəxsi heyətin yorğunluğunu azaltmaq üçün çoxzonalı kondisioner ilə təchiz edilən zirehli vasitə tirlərlə və "Airbas 400" nəqliyyat təyyarələri ilə daşına bilir.

Yüngül tank rabitə avadanlıqlarına, GPS sisteminə, avtomatik mərkəzi yanğınsöndürmə vasitəsinə malikdir. Sifarişə görə mühərrikin öncədən isidilməsi və C4I idarəetmə modulu quraşdırıla bilər. Bütün şəraitlərə uyğun hazırlanan "Tulpar" radioaktiv, bioloji və kimyəvi mühafizə dəstinə malikdir.

Zirehli vasitədəki avadanlıqlar və elektron optik sensorlar 24 saat ərzində, istənilən hava şəraitində ekipaja ərazi haqqında görüntülər əldə etməyə imkan verir, həmçinin onları 360 dərəcə dairəvi sektorda döyüş meydanındakı şərait barədə məlumatlarla təmin edir.

"Tulpar" yüngül tankında 105 mm-lik topu uzaqdan idarəolunan 30 mm top və 7.62 mm pulemyot ilə əvəz etmək mümkündür. Qüllənin hər tərəfində 4ədəd, cəmi 8 ədəd tüstü bombası yerləşdirilir. Sifarişə görə isə qüllə ROKETSAN şirkətinin L-UMTAŞ və ya digər bu tip TƏİRK ilə təchiz də edilə bilər. Silah modulu komandir və tuşlayıcı üçün nəzərdə tutulur və kompüterləşdirilən sabit AİS ilə təchiz olunur. Onların istifadəsində əlavə olaraq termal tuşlama kanalları və lazer məsafəölçəni də mövcuddur. "Tulpar" yüngül tankının ekipajı üç hərbi qulluqçudan ibarətdir: komandir, tuşlayıcı və sürücü. Lakin 105 mm-lik topun 30 mm-lik silahla əvəz edilməsi əlavə iki nəfərin desant bölməsində daşınmasını təmin edir.

"Tulpar" zirehli vasitəsinə səkkiz silindrli V tipli 15.7 litr həcmə malik, 810 at gücündə "Scania DI 16 Turbo" dizel mühərriki quraşdırılır. Mühərrik bölməsi döyüş vasitəsinin ön hissəsində yerləşir. Zirehli vasitə 32 sürətli mexaniki transmissiya ilə təchiz olunur. Vasitənin hər tərəfində 7 ədəd kauçuk rezin təkərli tırtıllar istənilən ərazidə aktiv hərəkət imkanı yaradır. 6 saniyədə 32 km/saat sürət toplayan vasitə maksimum 70 km/saat sürətlə hərəkət edə bilir. Ehtiyat gediş məsafəsi 600 km-dir. Amortizator və balansirdən ibarət asqı 45 ton yükü daşımaq imkanına sahibdir. Bu isə əlavə dinamik zirehə malik olduqda belə "Tulpar"ın hərəkət imkanlarını məhdudlaşmadığına dəlalət edir. "Tulpar" hidravlik amortizatorlardan istifadə edən torsion tipli asqıya malikdir.

"Otokar" şirkətinin "Tulpar" istehsalında əsas hədəfi ixrac bazarlarını əldə etməkdən ibarətdir. "Otokar" qlobal silah bazarında Türkiyənin milli tankını hazırlayan, inkişaf etdirən və istehsal edən ixtisaslı istehsalçı kimi qəbul edilib. 4 qitənin 30-dan çox ölkəsi artıq "Otokar" məhsullarını öz silahlanmasında istismar edir. Bu səbəbdən növbəti hədəfin müvəffəqiyyətlə əldə olunması üçün bütün imkanların mövcud olduğunu deyə bilərik. TSQ üçün "Tulpar" zirehli vasitələrinin "Altay" tankları və digər zirehli vasitələrlə rabitə əlaqəsinə malik olan müxtəlif modellərindən 400 ədəd sifariş edildiyi barədə məlumatlar mövcuddur.

Hərbi ekspert Ədalət Verdiyev
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Tulpar   Otokar   Tank  

Türkiyənin milli ixracatında "Tulpar" çoxməqsədli tank modeli – HƏRBİ EKSPERT (ARAŞDIRMA)

2019/03/resiz-4661251422.jpg
Oxunub: 7300     15:14     28 Mart 2019    

Bizi "telegram"da izləyin