"Ermənistanın "Madrid prinsipləri" ətrafında danışıqlar aparmaq niyyəti yoxdur" - EKSPERTLƏR

2019/03/4564-1552999840.jpg
Oxunub: 1851     16:47     19 Mart 2019    
"Sadəcə ATƏT-in Minsk qrupu öz fəaliyyətini həyata keçirməklə, problemlər olmadan tərəflər arasında dialoq yaratmağa zəmin hazırlamağa çalışır".

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə amerikalı ekspert Pol Stronski istər danışıqların, istərsə də danışıqlar formatının yenidən baxılmasına ehtiyac olub-olmadığını şərh edərkən bildirib.

Stronski, bu məsələlərdə tərəflərin mövqelərinin bir-birinə yaxınlaşdırılmasına vaxt tələb olunduğunu qeyd edib.

Almaniyalı ekspert Uve Halbarxın sözlərinə görə isə Qərb bu tələblərin qarşıda gözlənilən görüşün keçirilməsinə problemlər yaradacağını bilərək, ilkin şərtlərə, o cümlədən qondarma qurumun danışıqlarda iştirakına qarşı çıxıb.

"Göründüyü kimi erməni tərəfi bu tələbindən əl çəkmir, lakin tərəflər arasında bu məsələdə razılaşma olmadığına görə danışıqlar davam edə bilər. Nəhayət bu gün Ermənistan Vyana və Sankt Peterburq razılaşmaları barədə də danışır. Çünki "Madrid prinsipləri" ətrafında danışıqlar aparmaq niyyəti yoxdur.

Ermənistan hesab edirdi ki, Qarabağın (qondarma qurum-red.) danışıqlar masasına qaytarılması tələbinə həmsədrlər və Azərbaycan ciddi yanaşacaq, lakin bunun indiki vəziyyətdə mümkün olmadığını və söhbətin "Madrid prinsipləri"ndən getdiyini dərk etdikdən sonra Ermənistan tərəfi Vyana razılaşmasını xatırladı. İndiyədək Ermənistanın yeni hakimiyyəti Düşənbə razılaşması əsasında yeni yanaşma hazırlamaq niyyətində olduğuna görə Vyana razılaşmasını yada salmaq istəmirdi. Qarşıdakı Paşinyan-Əliyev görüşündə məhz bu məsələlər müzakirə ediləcək", - deyə o fikirlərini yekunlaşdırıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Paşinyan   İşğal   Qarabağ  

"Ermənistanın "Madrid prinsipləri" ətrafında danışıqlar aparmaq niyyəti yoxdur" - EKSPERTLƏR

2019/03/4564-1552999840.jpg
Oxunub: 1852     16:47     19 Mart 2019    