Rusiyanın “Kazan” sualtı qayığı gələn il hipersəs raketlə silahlanacaq

2019/03/most--1552988066.jpg
Oxunub: 711     15:13     19 Mart 2019    
Rusiyanın çoxfunksiyalı, atom sualtı qayığı “Kazan” gələn il ilk dəfə “Tsirkon” hipersəs raketi buraxacaq.

Ordu.az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya hərbi-sənaye kompleksindən olan mənbə bildirib.

Mənbənin sözlərinə görə, “Kazan” gələn ildən həm su üstündə, həm də su altında “Tsirkon” raketlərindən istifadə ilə sınaqlara başlayacaq. Bu gəminin istifadəyə verilməsi isə bu ilin sonuna qədər mümkün olacaq.

Qeyd edək ki, bu vaxta qədər hipersəs raketlər sadəcə qurudakı atıcı qurğulardan buraxılıb. İlk dəfə olaraq isə bu ilin sonlarında “Admiral Qorşkov” gəmisindən onun dəniz atışı həyata keçiriləcək.

İnci Rzayeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Rusiya   Kazan   Tsirkon  

Rusiyanın “Kazan” sualtı qayığı gələn il hipersəs raketlə silahlanacaq

2019/03/most--1552988066.jpg
Oxunub: 712     15:13     19 Mart 2019    