“Boeing” B-52-lərə nüvə başlıqlı qanadlı raket quraşdıracaq

2019/03/15665-1552984032.jpg
Oxunub: 553     14:35     19 Mart 2019    
“Boeing” firması ABŞ Hərbi Hava Qüvvələrinin B-52 “Stratofortress” təyyarələrinə nüvə başlıqlı qanadlı raket inteqrasiya edəcək.

Ordu.azz xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə ABŞ HHQ-nin mətbuat xidməti məlumat yayıb.

Məlumatda deyilir ki, inteqrasiya ediləcək raket “Long Range Stand-Off” (LRSO) qanadlı raketidir. “Lockheed Martin” və “Raytheon” tərəfindən təkmilləşdirilən raketin yeni versiyası 2022-ci ildən kütləvi istehsalına başlanacaq.

Qeyd edək ki, bu raket AGM-86 havadan atılan qanadlı raketin əvəzlənməsi məqsədilə ərsəyə gətirilib. Onun həm də B-21 stels qırıcılarına əlavə edilməsi planlaşdırılır.

İnci Rzayeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: ABŞ-HHQ   B-52   Boeing  

“Boeing” B-52-lərə nüvə başlıqlı qanadlı raket quraşdıracaq

2019/03/15665-1552984032.jpg
Oxunub: 554     14:35     19 Mart 2019    