Almaniya hərbi büdcəsinin ÜDM-dəki payını azaldacaq

2019/03/10617-1552983446.jpg
Oxunub: 591     14:19     19 Mart 2019    
Almaniya ABŞ-ın bütün çağırışlarına baxmayaraq yenidən hərbi xərclərini azaltmağı planlaşdırır.

Ordu.az “Sputnik”ə istinadən xəbər verir ki, bu, Berlinin növbəti maliyyə ili üçün hazırlanmış büdcə layihəsindən aydın olub.

Xatırladaq ki, 2014-cü ildə NATO daxilində qəbul edilmiş razılığa əsasən üzv ölkələr 2024-cü ilə qədər hərbi xərclərini ÜDM-nin 2%-nə çatdırmalı idi. Bunun Almaniyada mümkün olmayacağı aydın olandan sonra kansler Angela Merkel bu göstəricinin 1,5%-ə çatdırılacağı ilə bağlı yenilənmiş öhdəlik götürdü.

Lakin Almaniya Maliyyə naziri Olaf Skolzun dünən təqdim etdiyi bir neçə illik büdcə planında bunun əksi ilə bağlı qeydlərə rast gəlinib. Layihədə gələn il hərbi xərclərin 2,4 milyard artırılaraq ÜDM-nin 1,37%-nə artırılması göstərilsə də, sonrakı illər üçün irəli sürülən təkliflər fərqli səpkidədir. Belə ki, son məqsəd olaraq 2023-cü ildə hərbi büdcənin 50,2 milyard və yaxud ÜDM-nin 1,25%-i təşkil etməsi müəyyənləşdirilib.

İnci Rzayeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Almaniya   Hərbi-Büdcə  

Almaniya hərbi büdcəsinin ÜDM-dəki payını azaldacaq

2019/03/10617-1552983446.jpg
Oxunub: 592     14:19     19 Mart 2019    