Hindistanın donanmasını gücləndirməsi kimə ismarıcdır: Pakistan, yoxsa Çin?

2019/03/5c900-1552975730.jpg
Oxunub: 784     11:08     19 Mart 2019    
“Çin Hindistanı cilovlamaqda Pakistandan alət kimi istifadə edir. Buna görə də, aviadaşıyıcının, döyüş gəmilərinin, atom sualtı qayıqların Ərəbistan dənizində üzməsi Pekinə göndərilmiş açıq ismarıcdır”.

Ordu.az RT-yə istinadən xəbər verir ki, bu fikirləri Hindistanın Pakistandakı keçmiş səfiri Qopalasvami Parzasarathi səsləndirib.

Onun sözlərinə görə, Kəşmir regionu ətrafındakı gərginliyin qızışmasına baxmayaraq, Hindistan müdafiə hazırlığını Pakistanın edib-etmədiklərinə əsasən müəyyənləşdirmir və daha çox Çin fəaliyyətlərindən narahatdır. Sabiq səfir bildirir ki, Hindistan donanmasının yeni gəmiləri suya buraxması, onun Çinə göndərə biləcəyi ən səfeh ismarıc olsa da, xoşbəxtlikdən hazırkı şərtlər daxilində müharibə çox uzaqdadır.

Xatırladaq ki, dünən Hindistan donanması “INS Vikramaditya” aviadaşıyıcısı və bir neçə atom sualtı qayığı da daxil olmaqla çox sayda döyüş gəmisini Pakistanın su sərhədlərinə yaxın yerdə yerləşdirib.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Hindistan   Vikramaditya  

Hindistanın donanmasını gücləndirməsi kimə ismarıcdır: Pakistan, yoxsa Çin?

2019/03/5c900-1552975730.jpg
Oxunub: 785     11:08     19 Mart 2019    