Ermənistan Ombudsmanı azərbaycanlı girovla görüşüb - FOTO

2019/03/54255-4658926125.jpg
Oxunub: 1458     09:57     19 Mart 2019    
Ermənistan Ombudsmanı Arman Tatoyan azaraq Ermənistan tərəfə keçmiş Azərbaycan vətəndaşı Elvin İbrahimovla müalicə olunduğu xəstəxanada görüşüb.

Ordu.az xəbər verir ki, bu barədə Arman Tatoyan özünün "Facebook" səhifəsində yazıb.

Ombudsmanın Elvin İbrahimovla görüşü tərcüməçinin iştirakı ilə baş tutub. Görüş zamanı Elvin İbrahimov ailəsi ilə danışmaq istədiyini bildirib. Ermənistan Milli Təhlükəsizlik Xidməti ilə müzakirələrdən sonra belə bir əlaqə yaradılmasının mümkünlüyü vurğulanıb.

Bundan başqa, Milli Təhlükəsizlik Xidməti İbrahimovun ailəsi ilə Ermənistan ərazisində görüşünün keçirilməsi və ailə üzvlərinin təhlükəsizliyinə zəmanət verilməsinə hazır olduğunu da qeyd edib. Ombudsman isə bu işin təşkil edilməsində vasitəçilik etməyə hazır olduğunu bildirib.

Qeyd edək ki, Qazax rayonunun Yuxarı Salahlı kənd sakini, 29.10.1986-cı il təvəllüdlü İbrahimov Elvin Arif oğlu cari il mart ayının 15-dən 16-na keçən gecə Qazax rayonunun Ermənistan Respublikası Noyemberyan rayonu ilə sərhəd xəttində yolu azaraq qarşı tərəfə keçib.

O sərhədi keçərkən Ermənistan hərbçiləri tərəfindən açılmış atəş nəticəsində yaralanıb. Aidiyyəti beynəlxalq təşkilatlar E.İbrahimovun yaralanması və Ermənistan hərbçiləri tərəfindən saxlanılması faktını təsdiq edərək həyatı üçün təhlükənin olmadığını bildiriblər.

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası tərəfindən aparılmış ilkin araşdırma zamanı məlum olub ki, İbrahimov Qazax rayonlararası ruhi xəstəxanasında qeydiyyatdadır.

Dövlət Komissiyası İbrahimovun azad edilməsi ilə bağlı aidiyyəti beynəlxalq təşkilatlara müraciət edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: İbrahimov   Girov  

Ermənistan Ombudsmanı azərbaycanlı girovla görüşüb - FOTO

2019/03/54255-4658926125.jpg
Oxunub: 1459     09:57     19 Mart 2019    